“Regional” BOKT istiqraz buraxılışı ilə 1 milyon manat cəlb etdi
“Regional” BOKT MMC illik 16 faiz gəlirlilik təklif edən istiqrazlarının yerləşdirilməsini uğurla başa çatdıraraq kapital bazarından 1 milyon manat cəlb edib.
Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, AZ2006023405 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 27 iyul 2026-cı il tarixində yekunlaşıb.
Hərrac zamanı ümumi nominal dəyəri 1 milyon manat olan 65 sifariş təqdim edilib. Sifarişlər 64 investor tərəfindən verilib və buraxılışın bütün həcmi yerləşdirilib.
Emissiya çərçivəsində hər birinin nominal və ilkin ticarət qiyməti 100 manat olan 10 min istiqraz dövriyyəyə buraxılıb. İstiqrazların tədavül müddəti 5 il, illik kupon faizi isə 16 faiz təşkil edir. Faiz ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 təqvim günündən bir həyata keçiriləcək.
Emissiya şərtləri dəyişməz qalarsa, “Regional” BOKT istiqraz sahiblərinə ildə ümumilikdə 160 min manat, beş il ərzində isə 800 min manat həcmində faiz ödəyəcək. Beləliklə, əsas borc da nəzərə alınmaqla emitentin investorlar qarşısında ümumi ödənişi 1 milyon 800 min manata çata bilər.
Faizli, təmin edilməmiş, sənədsiz və adlı formada buraxılan istiqrazların yerləşdirilməsi kütləvi və birqiymətli hərrac üsulu ilə həyata keçirilib.
Buraxılışın anderrayteri “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Bakı Fond Birjasının Listinq Komitəsinin 1 iyul 2026-cı il tarixli qərarı ilə “Regional” BOKT-un istiqrazlarının ticarətə buraxılması təsdiqlənib. Qiymətli kağızlar Standard Bazar Listinq seqmentində dövriyyəyə buraxılacaq.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 48 d. sonra
-
14 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
21 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 32 d. əvvəl
-
43 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 54 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























