ABŞ–İran gərginliyinə baxmayaraq, şirkətlər Dubaya axışır
Müharibə Dubayı dayandıra bilmədi – şirkətlərin sayı rekord həddə çatdı. Dubayın maliyyə mərkəzində şirkətlərin sayı müharibəyə baxmayaraq artıb və 10 mini ötüb. Aşağı vergilər şirkətləri Dubaya çəkir.Dubay Beynəlxalq Maliyyə Mərkəzi (DIFC) çərşənbə axşamı açıqlayıb ki, ABŞ–İran gərginliyinin davam etməsinə baxmayaraq, iyunun sonunadək olan birillik dövrdə mərkəzdə yeni şirkət qeydiyyatlarının sayı 30% artıb.
Marja xəbər verir ki, regionda davam edən müharibəyə rəğmən, Dubayın maliyyə mərkəzində aktiv qeydiyyatda olan şirkətlərin sayı ilk dəfə 10 mini ötüb. Bu nəticə DIFC-nin qlobal şirkətləri cəlb etməkdə davam edən uğurunu nümayiş etdirib.
DIFC-nin məlumatına görə, son 12 ayda qeydiyyatların sayı 30% artıb və mərkəzdə 2 min 318 yeni şirkət fəaliyyətə başlayıb. Daha əvvəl burada 50 mindən çox şəxsin çalışdığını bildirən mərkəz hazırda 10 min 18 şirkətə ev sahibliyi edir.
DIFC fevral ayında mərkəzdə aktiv qeydiyyatdan keçmiş 8 min 844 şirkətin olduğunu açıqlamışdı. Həmin ayın sonlarında başlayan hərbi qarşıdurma yeni şirkət axınının zəifləyə biləcəyi ilə bağlı narahatlıq yaratsa da, ilin birinci rübündə 775 yeni şirkət fəaliyyətə başlayıb. Bu şirkətlərin üçdə biri müharibənin ən intensiv dövrü hesab edilən mart ayında regionda fəaliyyət göstərməyə başlayıb.
DIFC-nin baş icraçı direktoru Arif Əmiri bildirib:
“Müştəri bazasının genişlənməsi, innovasiya fəaliyyəti və investisiya axınları ilə dəstəklənən maliyyə xidmətləri sektorunun bütün əsas seqmentlərində güclü dinamika müşahidə edirik”.
Aşağı vergi rejimi və biznes qurmağın nisbətən asan olması sayəsində Dubay son illərdə qlobal kapitalın aparıcı mərkəzlərindən birinə çevrilib.
Dünyanın ən böyük hedc fondlarını və investisiya strukturlarını cəlb etmək uğrunda qonşu Əbu-Dabi ilə rəqabət aparan DIFC fond menecerləri üçün daha cəlbedici mərkəzə çevrilmək məqsədilə tənzimləyici bazanın nəzərdən keçirilməsi də daxil olmaqla müxtəlif imkanlar üzərində işləyir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























