Trampdan İrana yeni təhdid - “Onları sərt şəkildə vuracağıq, ağır zərbə alacaqlar”
Tramp: İranın son hücumları cavabsız qalmayacaq. ABŞ Prezidenti Donald Tramp İranın İordaniyadakı ABŞ bazasını hədəfə alan son hücumundan sonra Tehrana sərt cavab veriləcəyini bildirib.Yaxın Şərqdə qarşıdurmalara qısamüddətli fasilə verilməsindən və ardınca gərginliyin yenidən yüksəlməsindən sonra Tramp İrana qarşı təhdidlərini davam etdirib.
“Fox News”un məlumatına görə, Tramp İranın İordaniyadakı ABŞ bazasını hədəfə alan son hücumuna münasibət bildirərkən deyib: “Onları sərt şəkildə vuracağıq, ağır zərbə alacaqlar”.
Trampın açıqlamalarından sonra neft qiymətləri sessiyanın ən yüksək səviyyələrinə yüksəlib.
ABŞ və Səudiyyə Ərəbistanı İraqda Tehran tərəfindən dəstəklənən silahlı qruplaşmaları hədəfə alıb. İran mediası isə İslam İnqilabı Keşikçiləri Korpusunun “ABŞ-nin təcavüzkar hərəkətlərinə” cavab olaraq İordaniyadakı bazaya zərbə endirdiyini bildirib.
ABŞ və İran müharibənin diplomatik yolla həlli üçün vaxt yaratmaq məqsədilə ötən həftəsonu qarşılıqlı hücumlara fasilə vermişdi. Bu addım enerji qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına səbəb olmuşdu.
Tramp çərşənbə axşamı verdiyi açıqlamada da yeni hücumlardansa danışıqlara üstünlük verdiyini bildirmişdi.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























