İxrac xərclərinin kompensasiyası üçün qanunvericilik aktları qəbul ediləcək
Prezident İlham Əliyevin bu il iyunun 16-da imzaladığı qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən, Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclərin kompensasiya edilməsi üçün bir sıra qanunvericilik aktları qəbul ediləcək.
Bunlar, aşağıdakılardır:
· Dəstək mexanizminin şamil olunacağı qeyri-neft-qaz mallarının siyahısı
· Dəstək mexanizminin şamil olunacağı ixrac ölkələrinin (ölkə qruplarının) siyahısı;
· Dəstək mexanizmi üzrə ödəniləcək dəstək məbləğinin yuxarı həddi;
· Dəstək mexanizmi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası.
· Dəstək mexanizminin şamil olunmadığı əməliyyatların siyahısı;
· Dəstək mexanizminin şamil olunmadığı şəxslərin siyahısı.
Xatırladaq ki, fərmana əsasən Azərbaycan mənşəli qeyri-neft-qaz mallarını ixrac edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi ödənişləri dövlət tərəfindən kompensasiya ediləcək. Malların Azərbaycan mənşəli olması isə mənşə sertifikatı ilə müəyyənləşdiriləcək.
Dəstək mexanizminin tətbiqi nəticəsində yalnız faktiki ixrac olunmuş qeyri-neft-qaz mallarına görə gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq.
Kompensasiyanın məbləği gömrük dəyəri üzrə tətbiq edilən yığım hədlərinə görə dəyişəcək. Hər ixrac bəyannaməsi üzrə ödəniləcək kompensasiya məbləğinin yuxarı həddi müəyyən ediləcək.
Dəstəyin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracı ilə bağlı gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə tutulan gömrük yığımları artırılmayacaq.
Kompensasiya məbləği 2026-cı il sentyabrın 1-dən etibarən 2031-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac əməliyyatlarına görə hesablanacaq.
Kompensasiya məbləği ixracatçının müraciəti və təqdim etdiyi sənədlər əsasında hər rüb üzrə ixrac gömrük proseduru altında yerləşdirilmiş və faktiki ixrac olunmuş mallara görə hesablanacaq və həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi onu ödəyəcək.
Mexanizm mikro, kiçik və orta sahibkarların ixracla bağlı xərclərini azaltmaqla onların xarici bazarlara çıxış imkanlarını dəstəkləyəcək, eyni zamanda qeyri-neft-qaz ixracının genişləndirilməsinə və ixrac potensialının artırılmasına töhfə verəcək.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 44 d. sonra
-
18 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
25 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 36 d. əvvəl
-
47 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 58 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























