Azərbaycanda işləyən sosial platformalara dövlət qeydiyyatı tələbi gəlir
Azərbaycanda sosial şəbəkələr üçün qaydalar kökündən dəyişir: Yaş limiti, valideyn nəzarəti və yeni qadağalarİnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi uşaqların sosial şəbəkə platformalarında təhlükəsizliyinin daha effektiv təmin edilməsinə, onların rəqəmsal mühitdə formalaşan mənfi təsirlərdən qorunmasına yönəlib.
Qanun layihəsi “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Layihə hazırlanan zaman qabaqcıl beynəlxalq təcrübə, xüsusilə rəqəmsal təhlükəsizlik sahəsində mütərəqqi mexanizmlərə malik dövlətlərin qanunvericilik modelləri təhlil olunub. Bu çərçivədə sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən edilib.
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 16-18 yaş arası şəxslərin uşaq kateqoriyasına aid edilməsi nəzərə alınaraq layihədə həmin yaş qrupunun da rəqəmsal mühitdə əlavə mühafizəsi nəzərdə tutulur. Bu məqsədlə 16-18 yaş arası şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratması, ondan istifadə etməsi və məzmun paylaşması yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti altında mümkün olacaq.
Platforma provayderlərinin üzərinə yaş məhdudiyyətinə nəzarət üzrə effektiv texniki üsulların tətbiqi öhdəliyi qoyulur. İstifadəçinin yaşının dəqiqləşdirilməsi, həmçinin 16-18 yaş arası yeniyetmələrin qanuni nümayəndələrinin razılığının alınması üçün bank kartı, elektron poçt və mobil telefon nömrəsi üzrə məlumatların yoxlanılması kimi ilkin mexanizmlər tətbiq olunacaq.Bununla yanaşı, fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının müəyyən edilməsinə dair aidiyyəti dövlət qurumlarının birgə razılığı əsasında digər texniki üsullardan da istifadə oluna bilər.
16-18 yaş arası istifadəçilərin hesablarında yerləşdiriləcək məzmun və reklamların dairəsi, eləcə də platformadan istifadə saatları qanuni nümayəndə tərəfindən idarə olunacaq. Platforma provayderləri isə bu məqsədlə müvafiq valideyn nəzarəti funksionallığını təmin etməlidirlər.Eyni zamanda provayderlər istifadəçilərin davranışlarını mütəmadi təhlil etməli, bəyan olunan yaşla bağlı əsaslı şübhələr yarandıqda təkrar yaş yoxlanılması həyata keçirməlidirlər.
Qanun layihəsində fərdi məlumatların qorunmasına xüsusi diqqət yetirilir. Yaşın yoxlanılması məqsədilə toplanmış fərdi məlumatların informasiya sistemlərində saxlanılması, üçüncü şəxslərə ötürülməsi, habelə kommersiya və ya hədəfli reklam məqsədilə istifadəsi qadağan olunur. Bundan əlavə, platformalar şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların və profilinin sistemdən tam silinməsini təmin etməlidirlər.
Uşaqların psixi və fiziki sağlamlığının qorunması məqsədilə əlavə texniki və təhlükəsizlik tədbirləri də müəyyən edilir. Belə ki, 16-18 yaş arası istifadəçilərin hesablarında ilkin konfidensiallıq tənzimləmələri ən yüksək səviyyədə qurulmalı, məkan məlumatlarının ictimaiyyətə açıqlanması məhdudlaşdırılmalı və istifadəçinin seçiminə uyğun gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edilməlidir.
Həmçinin uşaqlarda asılılıq yaradan manipulyativ dizayn üsullarından, o cümlədən sonsuz sürüşdürmə (infinite scroll) və videoların avtomatik səsləndirilməsi (autoplay) funksiyalarından istifadə, eləcə də zərərli məzmun və reklamların yerləşdirilməsi qadağan edilir.
Yeni tələblər bütün sosial şəbəkə platformalarına şamil olunmur. Təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulmasını təmin edən platformalar istisnadır.
Qanun layihəsində, həmçinin ölkə ərazisində istifadəçilərə xidmət göstərən platforma provayderlərinin dövlət qeydiyyatına alınması təklif olunur. Dövlət qeydiyyatından keçməyən platformalara münasibətdə mərhələli maliyyə sanksiyalarının, reklam məhdudiyyətlərinin və internet trafikinin məhdudlaşdırılması tədbirlərinin tətbiqi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 46 d. sonra
-
16 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
23 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 34 d. əvvəl
-
45 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 56 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir






























