"Qaranlıq avtomobildə gizli görüş – Cəmi bir neçə dəqiqə davam edib”
İranda son dövrün ən çox diqqət çəkən iddialarından biri gündəmdədir.
Marja xəbər verir ki, Tehrandakı prosesləri işıqlandıran “Iran International” uzun müddətdir ictimaiyyət qarşısında görünməyən dini lider Müctəba Xamenei ilə Prezident Məsud Pezeşkian arasında keçirildiyi iddia olunan görüşlə bağlı diqqətçəkən təfərrüatlar yayıb.
Məlumata görə, Pezeşkian Xamenei ilə üzbəüz görüşmək üçün uzun müddət cəhd göstərib. İddialara əsasən, prosesdə yaranan çıxılmaz vəziyyət səbəbindən o, hətta istefa vermək məsələsini də gündəmə gətirib. Mənbələr Xameneinin ofisinin sonda görüşə razılıq verdiyini, lakin görüşün rəsmi iqamətgahda keçirilməsinə icazə verilmədiyini bildiriblər.
“Qaranlıq avtomobildə görüşüblər”
“Iran International”ın iddiasına görə, Prezident Pezeşkian Tehranda yeri açıqlanmayan bir nöqtəyə aparılıb. Təhlükəsizlik kortejindən ayrılan Pezeşkianın daha sonra şüşələri tamamilə qaraldılmış kommersiya təyinatlı avtomobilin arxa oturacağına mindirilib.
Xəbərdə avtomobilin salonunun tamamilə qaranlıq saxlanıldığı, buna görə də görüş iştirakçılarının bir-birini görə bilmədiyi iddia olunur. Mənbələrin bildirdiyinə görə, təhlükəsizlik əməkdaşları Pezeşkianın Xamenei ilə əl sıxmasına da icazə verməyiblər.
“Cəmi bir neçə dəqiqə davam edib”
Müxalif media qurumunun məlumatına görə, gizli görüş cəmi bir neçə dəqiqə davam edib. Bu iddia Pezeşkianın may ayında verdiyi və Xamenei ilə iki saat yarım görüşdüyünü bildirdiyi açıqlama ilə ziddiyyət təşkil edir. Görüşün dəqiq hansı tarixdə keçirildiyi barədə isə məlumat verilməyib.
“Bu, həqiqətən Xamenei idi?”
Xəbərdə ən çox diqqət çəkən məqamlardan biri görüşdən sonra baş verdiyi iddia olunan dialoqdur. “Iran International”ın mənbələrinə istinadən verdiyi məlumata görə, Pezeşkian köməkçiləri ilə söhbətində avtomobildə danışdığı şəxsin həqiqətən Müctəba Xamenei olduğuna əmin olmadığını deyib. Buna səbəb kimi görüşün tamamilə qaranlıq şəraitdə keçirilməsi göstərilib.
Mənbələr Pezeşkianın yalnız bir səs eşitdiyini söylədiyini və buna görə də danışdığı şəxsin kimliyindən əmin olmadığını irəli sürüblər.
Yeni görüş tələbinin də rədd edildiyi iddia olunur
Xəbərdə, həmçinin Pezeşkianın daha sonra Xameneinin rəsmi iqamətgahında yeni üzbəüz görüş keçirilməsini istədiyi, lakin bu tələbin də qəbul edilmədiyi iddia olunub.
Rəsmi qurumlar məsələ ilə bağlı hər hansı açıqlama verməyiblər.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 51 d. sonra
-
11 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
18 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 29 d. əvvəl
-
40 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 51 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























