“Fairmont Baku Flame Towers” hotelinə yeni baş direktor təyin edilib
Giuliano Ungaro “Fairmont Baku Flame Towers” hotelinin baş direktoru (General Manager) vəzifəsinə təyin edilib.
Marja.az xəbər verir ki, bu barədə “Fairmont Baku Flame Towers”ın məlumat paylaşılıb.
Məlumata görə, lüks qonaqpərvərlik sektorunda geniş beynəlxalq təcrübəyə malik Giuliano Ungaro yeni vəzifəsində peşəkar fəaliyyətini Bakıda davam etdirəcək.
Şirkət qeyd edib ki, Ungaro zəngin beynəlxalq təcrübəsi, insan amilini ön planda tutan idarəçilik üslubu və yüksək səviyyəli qonaq təcrübəsinin təmin edilməsinə olan xüsusi yanaşması ilə seçilir. Onun mükəmməlliyə sadiqliyi və qonaqpərvərliyə səmimi yanaşmasının “Fairmont” brendinin dəyərləri ilə üst-üstə düşdüyü vurğulanıb.
Ailəsi ilə birlikdə Bakıda yaşayacaq
Giuliano Ungaronun “Fairmont Baku Flame Towers”da yeni vəzifəyə başlaması onun üçün yalnız peşəkar deyil, həm də şəxsi həyatında yeni mərhələ olacaq. Belə ki, Ungaro və ailəsi Bakını yeni yaşayış məkanı seçib.
“Fairmont Baku” ailəni Bakıya və Azərbaycana xoş gəldiniz deyə qarşılayaraq, onlara yeni həyat mərhələsində xoşbəxtlik arzulayıb.
Hotelin açıqlamasında bildirilib ki, yeni baş direktorun vizyonu, liderlik bacarıqları və beynəlxalq təcrübəsi “Fairmont Baku Flame Towers”ın inkişafına töhfə verəcək.
“Biz müstəsna komandamızla birlikdə unudulmaz anlar yaratmağa və hər gün xüsusi təcrübələr yaşatmaq vədlərimizi həyata keçirməyə davam edəcəyik”, – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Giuliano Ungaro bundan sonra “Fairmont Baku Flame Towers”ın fəaliyyətinə rəhbərlik edəcək.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 53 d. sonra
-
9 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
16 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 27 d. əvvəl
-
38 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 49 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























