"Qala Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
"Qala Sığorta" ASC bu ilin 1-ci yarısını 2 milyon 891 min manat xalis mənfəətlə başa vurub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,65 % azdır.
Yanvar-iyun aylarında "Qala Sığorta"nın gəlirləri 37 milyon 828 min manat (1 il əvvələ nisbətən 19,3 % az), xərcləri 33 milyon 405 min manat (13,05 % az), mənfəət vergisi ödəmələri isə 885 min manat (47,65 % az) təşkil edib.
Bu il iyulun 1-nə "Qala Sığorta"nın aktivləri 89 milyon 671 min manat olub ki, bu da illik müqayisədə 7,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 10,55 % azalaraq 64 milyon 916 min manata düşüb, balans kapitalı isə 2,95 % artaraq 24 milyon 754 min manata çatıb.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon 18 min manatdır.
XXX
"Qala Həyat Sığorta" ASC bu ilin 1-ci yarısını 4 milyon 972 min min xalis mənfəətlə başa vurub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.
Yanvar-iyun aylarında "Qala Həyat Sığorta"nın gəlirləri 14 milyon 571 min manat (1 il əvvələ nisbətən 8,4 % çox), xərcləri 8 milyon 356 min manat (9,5 % çox), mənfəət vergisi ödəmələri isə 1 milyon 243 min manat (7 % çox) təşkil edib.
Bu il iyulun 1-nə "Qala Həyat Sığorta"nın aktivləri 55 milyon 95 min manat olub ki, bu da illik müqayisədə 20,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 19,6 % artaraq 24 milyon 454 min manata, balans kapitalı isə 21,2 % artaraq 30 milyon 641 min manata çatıb.
Xatırladaq ki, "Qala Həyat Sığorta" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 milyon 42 min manatdır. Onun səhmlərinin 50 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 10 %-i Kamal İbrahimova (Direktorlar Şurasının sədri), hər biri 7,2 % olmaqla İftixar Fərəov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifova, 4 %-i isə Vəliəhd Səfərova məxsusdur.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
5 saat sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABŞ maliyyə naziri: Hörmüz boğazı iki il ərzində neft üçün əhəmiyyətini itirəcək
-
10 saat əvvəl
Rusiyada nağd valyuta çıxarılmasına məhdudiyyətlər daha 6 ay uzadıldı
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mark Zukerberq İrlandiyada tarixi qala aldı – dəyəri 35 milyon dollara çatır
- 13 saat əvvəl
-
13 saat əvvəl
200 milyon manatlıq dövlət istiqrazına 499 milyon manatlıq tələb oldu
-
13 saat əvvəl
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub
Putin və Pezeşkian danışıqlar aparıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avrozonada inflyasiya təxminən 3 ilin ən yüksək səviyyəsinə çatdı





























