"PAŞA Sığorta" qrupu 2026-cı ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
"PAŞA Sığorta" ASC bu ilin I yarısını 14 milyon 546 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % azdır.
Yanvar-iyun aylarında "PAŞA Sığorta"nın gəlirləri 191 milyon 819 min manat (1 il əvvələ nisbətən 25,2 % çox), xərcləri 173 milyon 637 min manat (29,5 % çox), mənfəət vergisi ödəmələri isə 3 milyon 636 min manat (4,9 % az) təşkil edib.
Bu il iyulun 1-nə "PAŞA Sığorta"nın aktivləri 468 milyon 759 min manat olub ki, bu da illik müqayisədə 28,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 37,95 % artaraq 370 milyon 60 min manata, balans kapitalı isə 3,1 % artaraq 98 milyon 699 min manata çatıb.
Xatırladaq ki, "PAŞA Sığorta" şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
XXX
"PAŞA Həyat Sığorta" ASC bu ilin I yarısını 27 milyon 671 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4 % çoxdur.
Yanvar-iyun aylarında "PAŞA Həyat Sığorta"nın gəlirləri 410 milyon 327 min manat (24,5 % çox), xərcləri 375 milyon 214 min manat (26,05 % çox), mənfəət vergisi ödəmələri isə 7 milyon 442 min manat (0,85 % çox) təşkil edib.
Bu il iyulun 1-nə "PAŞA Həyat Sığorta"nın aktivləri 840 milyon 604 min manat olub ki, bu da illik müqayisədə 1,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 1,4 % azalaraq 731 milyon 252 min manata, balans kapitalı isə 3,2 % azalaraq 109 milyon 352 min manata düşüb.
Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 milyon 250 min manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 46 d. sonra
-
16 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
23 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 34 d. əvvəl
-
45 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 56 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























