Ziraat Bank Azərbaycan 15 milyon manatlıq istiqraz təqdim edir - ABUNƏ YAZILIŞI BAŞLADI
Bir illik yatırım, illik 10,5 faiz gəlir: Abunə başladı. Ziraat Bank 15 milyon manatlıq istiqrazı satışa çıxardı(®) Ziraat Bank Azərbaycan 10.08.2026 tarixindən investorlar üçün ümumi həcmi 15 milyon AZN olan yeni istiqraz emissiyasını təqdim edir.
Yeni emissiya investorlara sabit gəlir əldə etmək imkanı yaratmaqla yanaşı, real sektorun və sahibkarlığın maliyyələşdirilməsinə, eləcə də Azərbaycanın kapital bazarının inkişafına töhfə verməyi hədəfləyir.
1 il müddətinə buraxılan istiqrazlar üzrə illik gəlirlilik 10,5% təşkil edir. Kupon (faiz) ödənişləri hər rüb həyata keçiriləcək. Bir istiqrazın nominal dəyəri və minimum investisiya məbləği 100 AZN təşkil edir. Bu isə müxtəlif məbləğlərdə investisiya etmək istəyən investorlar üçün istiqrazları əlçatan investisiya alətlərindən birinə çevirir.
Yeni istiqraz emissiyası çərçivəsində cəlb olunan vəsaitlərin bizneslərin maliyyələşdirilməsinə yönəldilməsi, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və iqtisadi aktivliyin təşviqinə töhfə verməsi nəzərdə tutulur.
Ziraat Bank Azərbaycan kapital bazarındakı fəaliyyətini genişləndirərək müştərilərinə və investorlara alternativ maliyyə alətləri təqdim etməyə, eyni zamanda investorlarla uzunmüddətli, etibarlı və şəffaf əməkdaşlıq münasibətləri qurmağa davam edir.
İstiqrazları necə əldə etmək olar?
Ziraat Bank Azərbaycanın yeni istiqrazları PAŞA Kapital İnvestisiya Şirkəti və Birbank İnvest mobil tətbiqi vasitəsilə əldə edilə bilər.
PAŞA Kapital vasitəsilə:
İnvestorlar PAŞA Kapital ilə əlaqə saxlayaraq qeydiyyat linkini əldə edə bilərlər. Daha sonra SİMA İmza vasitəsilə qeydiyyatdan keçərək hərracda iştirak edə və istiqrazların alışını həyata keçirə bilərlər.
Birbank İnvest vasitəsilə:
İnvestorlar Birbank İnvest tətbiqində qeydiyyatdan keçərək istiqrazları birbaşa tətbiq üzərindən əldə edə bilərlər.
Abunə yazılışı müddəti: 10.08.2026-21.08.2026
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 45 d. sonra
-
17 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
24 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 35 d. əvvəl
-
46 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 57 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























