Uzunluğu 420 kilometr olan yolların yenilənməsinə 70 milyon manat xərclənəcək
Layihələr 156 min 271 nəfərin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edəcək.Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncama əsasən, 2026–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasında yol, nəqliyyat, enerji, təhsil, yaşayış və kommunal infrastrukturu əhatə edən layihələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulur.
Yeni maliyyələşdirmə paketinin ən böyük istiqamətlərindən biri avtomobil yollarının əsaslı təmiri olacaq. Muxtar respublikada ümumi uzunluğu 420 kilometr olan yolların yenilənməsinə 70 milyon manat yönəldiləcək. Layihələr 156 min 271 nəfərin yaşadığı 26 yaşayış məntəqəsini əhatə edəcək.
420 kilometr yol əsaslı təmir olunacaq
Sərəncama əlavə edilmiş siyahıya əsasən, əsaslı təmir ediləcək avtomobil yolları 12 layihə üzrə müəyyənləşdirilib.
Ordubad rayonunda Biləv–Bist–Ələhı–Xurs–Nürgüt–Tivi–Nəsirvaz avtomobil yolunun 40 kilometrlik hissəsi əsaslı təmir ediləcək. Yol 7 yaşayış məntəqəsini və 3 min 413 nəfər əhalini əhatə edir.
Culfa rayonunda Kırna–Dizə–Gal–Şurud avtomobil yolunun 30 kilometrlik hissəsi yenilənəcək. Layihədən 4 yaşayış məntəqəsində yaşayan 1785 nəfər faydalanacaq.
Naxçıvan şəhərində isə ümumilikdə 50 kilometr avtomobil yolunun əsaslı təmiri nəzərdə tutulur. İşlər Azərbaycan, Zərifə Əliyeva, 20 Yanvar və 6-cı küçələri, Xətai küçəsinin 12, 48, 49, 52, 54, 56, 57, 59 və 60-cı məhəllələrini, həmçinin Əliabad qəsəbəsi və Qaraxanbəyli kəndinin avtomobil yollarını əhatə edəcək. Bu layihənin əhatə etdiyi əhalinin sayı 91 min nəfərdir.
Bundan başqa:
• Ordubad şəhərində 60 kilometr yol – 10 min 798 nəfər;
• Babək şəhərində 33 kilometr yol – 6 min 28 nəfər;
• Şahbuz şəhərində 31 kilometr yol – 4 min 654 nəfər;
• Culfa şəhərində 24 kilometr yol – 13 min 748 nəfər;
• Babək rayonunun Qahab, Naxışnərgiz, Şəkərabad, Çeşməbasar və Güznüt kəndlərində 59 kilometr yol – 9 min 616 nəfər;
• Culfa rayonunun Əbrəqunus və Bənəniyar kəndlərində 41 kilometr yol – 6 min 563 nəfər;
• Ordubad rayonunun Dəstə kəndində 33 kilometr yol – 5 min 268 nəfər;
• Şərur rayonunun Oğuzxan kəndində 13 kilometr yol – 2 min 490 nəfər;
• Şahbuz rayonunun Nursu kəndində 6 kilometr yol – 908 nəfər
əsaslı təmir ediləcək.
Beləliklə, yol proqramı ümumilikdə 420 kilometr avtomobil yolunu və 26 yaşayış məntəqəsini əhatə edəcək.
Sərəncam Prezident İlham Əliyev tərəfindən 12 avqust 2026-cı ildə imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı "İnvestra Kredit Ittifaqı"na lisenziya verib
-
7 saat əvvəl
AutoStar Kaukasus yeni S-Class modelini ilk dəfə Azərbaycanda təqdim etdi
-
8 saat əvvəl
Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Kürdəmirdə “Bazarstore” açılır
"Fullamoda" Həzi Aslanovda 4000 kvadratmetrlik yeni, ailəvi konsept mağazasını açdı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Avqustun 13-də gözlənilən hava şəraiti
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib





















