BYD, tanınmış mütəxəssis Vasif Əliyevi Qafqaz üzrə satış direktoru təyin etdi
BYD Qafqazı azərbaycanlıya tapşırdı. Şirkətin 3 ölkə üzrə satış rəhbəri Vasif Əliyev oldu.Çinin avtomobil istehsalçısı BYD Azərbaycan, Gürcüstan və Ermənistan bazarlarını əhatə edən Qafqaz regionu üzrə satış direktoru təyin edib.
Marja.az-ın məlumatına görə, bu vəzifəyə Azərbaycanın avtomobil sektorunda tanınmış satış, marketinq və biznesin inkişafı mütəxəssislərindən biri olan Vasif Əliyev təyin olunub.
Vasif Əliyev yeni vəzifəsində BYD-nin Qafqaz ölkələrindəki rəsmi idxalçıları ilə şirkət arasında əlaqələrin və satış fəaliyyətinin koordinasiyasına cavabdeh olacaq.
Hazırda Azərbaycanda BYD-nin rəsmi tərəfdaşları “Group Motors” və “Sarda Group” şirkətləridir. Vasif Əliyevin təyinatından sonra bu şirkətlərin, eləcə də Gürcüstan və Ermənistandakı rəsmi BYD idxalçılarının regional satış fəaliyyəti üzrə istehsalçı ilə əlaqələri yeni yaradılmış idarəetmə mexanizmi çərçivəsində koordinasiya ediləcək.
Yeni satış direktorunun fəaliyyət istiqamətlərinə region ölkələrində BYD avtomobillərinin satış strategiyasının həyata keçirilməsi, rəsmi idxalçılarla əməkdaşlığın inkişaf etdirilməsi, bazarların xüsusiyyətlərinə uyğun satış yanaşmalarının hazırlanması və brendin regional mövqeyinin gücləndirilməsi daxildir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Vasif Əliyev Azərbaycanın avtomobil sektorunda satış, marketinq və biznesin inkişafı sahələri üzrə 14 ildən artıq rəhbərlik təcrübəsinə malikdir.
O, 10 il “Nurgün Motors” şirkətində avtomobil satışı və marketinq departamentlərinin rəhbəri vəzifələrində çalışıb. Vasif Əliyev bu şirkətdə satış proseslərinin idarə edilməsi, marketinq strategiyalarının hazırlanması və avtomobil brendinin yerli bazarda mövqeləndirilməsi istiqamətlərində təcrübə qazanıb.
Vasif Əliyev son dörd il ərzində isə “Auto Azərbaycan” şirkətində Biznesin inkişafı və marketinq departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib. “Auto Azərbaycan” Hyundai, GAC Motor və JAC Truck avtomobillərinin Azərbaycandakı rəsmi idxalçısıdır. O, bu vəzifədə şirkətin biznes imkanlarının genişləndirilməsi, təmsil olunan avtomobil markaları üzrə marketinq fəaliyyətinin təşkili, yeni layihələrin hazırlanması və satış strategiyalarının həyata keçirilməsinə rəhbərlik edib.
Vasif Əliyev, həmçinin Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
BYD-nin Qafqaz üzrə satış direktoru təyin etməsi Azərbaycan, Gürcüstan və Ermənistan bazarlarındakı rəsmi idxalçılarla əlaqələrin vahid regional koordinasiya mexanizmi vasitəsilə idarə olunmasına imkan yaradacaq. Bu modelin satış planlaması, bazar strategiyasının müəyyənləşdirilməsi və rəsmi tərəfdaşlarla istehsalçı arasında operativ əlaqələrin qurulmasına töhfə verəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir






























