19 illik təcrübəyə malik Əmir Məmmədov PAŞA Holding-də yüksək vəzifəyə təyin olundu
PAŞA Bankdan PAŞA Holding-ə. Əmir Məmmədov PAŞA Holding-də Qrup üzrə menecer təyin edildiPAŞA Holding-də yeni təyinat olub.
Marja.az xəbər verir ki, Əmir Məmmədov PAŞA Holding-də Qrup İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə Menecer vəzifəsinə təyin olunub.
19 ildən artıq peşəkar təcrübəyə malik Əmir Məmmədov strateji korporativ kommunikasiyalar, media menecmenti, dayanıqlı inkişaf və ESG istiqamətlərində fəaliyyət göstərib. Onun təcrübəsi biznes və sosial layihələrin strateji mövqeləndirilməsi və kommunikasiyası, böhran kommunikasiyalarının idarə edilməsi, korporativ reputasiyanın formalaşdırılması və müxtəlif ESG layihələri əhatə edir.
Peşəkar fəaliyyətinə 2005-ci ildə “Həftə” sosial-iqtisadi analitik qəzetində tədqiqatçı-jurnalist kimi başlayan Əmir Məmmədov 2009–2011-ci illərdə Minimax Media Publishing Consultancy Group-da kopirayter, konsultant, araşdırma və hesabatlılıq üzrə mütəxəssis kimi çalışıb.
2011-ci ildə PAŞA Bank komandasına Mətbuat katibi kimi qoşulan Əmir Məmmədov sonrakı illərdə bankın İctimaiyyətlə Əlaqələr departamentində və Korporativ Tərəfdaşlarla Münasibətlər şöbəsində müxtəlif aparıcı və rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Ə. Məmmədov 2023-cü ildən PAŞA Bankın Korporativ Tərəfdaşlarla Münasibətlər şöbəsinə rəhbərlik edib. Bu müddətdə strateji kommunikasiyalar, korporativ reputasiya, ESG və dayanıqlı inkişaf, böhran idarəçiliyi istiqamətlərinin inkişafına töhfə verib.
Əmir Məmmədov peşəkar fəaliyyətinə 2005-ci ildə “Həftə” sosial-iqtisadi analitik qəzetində başlayıb. 2009–2011-ci illərdə Minimax Media Publishing Consultancy Group-da kopirayter, konsultant, araşdırma və hesabatlılıq üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
Ə. Məmmədov 2004-cü ildə Azərbaycan Kooperasiya Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb. 2025-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) ESG idarəetməsi üzrə təhsilini davam etdirib.
Əmir Məmmədov Böyük Britaniyanın "London School of Public Relations" akademiyasının ilk azərbaycanlı məzunudur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 53 d. sonra
-
9 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
16 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 27 d. əvvəl
-
38 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 49 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























