Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Prime Cotton-dan suvarmada bir ilk, regionlarda yeni inkişaf hədəfləri

Prezident İlham Əliyevin çağırışlarına uyğun yeni addımlar. Prime Cotton-dan iri aqrar layihə - 560 hektar torpaq yenidən əkinə qaytarılır.
AzVak-mobil_resmin_ustu_31
Prime Cotton-dan suvarmada bir ilk, regionlarda yeni inkişaf hədəfləri
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prime Cotton MMC regionlarda kənd təsərrüfatının inkişafı, fermerlərlə birbaşa əməkdaşlığın gücləndirilməsi, suvarma infrastrukturunun təkmilləşdirilməsi və pambıqdan hazır məhsula qədər uzanan dəyər zəncirinin inkişafı istiqamətində fəaliyyətini genişləndirir. Bu yanaşma çərçivəsində Prime Cotton MMC-nin Baş İcraçı direktoru Tural Əlizadə və şirkətin rəhbər heyəti Bərdə və Gəncədə bir sıra görüş və səfərlər həyata keçiriblər.

12 avqust tarixində Prime Cotton-un Bərdə filialı tərəfindən Lənbəran kəndində fermerlərlə “Kənd Günü” tədbiri keçirilib. Tədbirdə Prime Cotton-un rəhbər və mütəxəssis heyəti, o cümlədən İdarə Heyəti və Bərdə Region rəhbərliyi ilə yanaşı, Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Məmmədov, Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) rəhbəri, bələdiyyə nümayəndəsi və Bərdə Su Meliorasiya Sistemləri İstismar İdarəsinin rəhbəri iştirak ediblər.

Görüşdə "Prime Cotton"un Baş icraçı direktoru Tural Əlizadə Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı, məhsuldarlığın artırılması və fermerlərin qarşılaşdıqları məsələlərin həlli ilə bağlı müəyyən etdiyi prioritetləri vurğulayıb.

"Prime Cotton"un Baş icraçı direktoru Tural Əlizadə deyib:“Məqsədimiz fermerə daha yaxın olmaq, onu birbaşa dinləmək, sahədəki real vəziyyəti yerində görmək və qarşıya çıxan məsələlərin həllində fermerlə birlikdə hərəkət etməkdir.”

Məhz bu yanaşma “Kənd Günü”nün əsas xəttini təşkil edib. Fermerlərin müraciət, şikayət və təklifləri birbaşa dinlənilib, onları maraqlandıran suallar şirkətin rəhbər və mütəxəssis heyəti, eləcə də aidiyyəti qurumların nümayəndələri tərəfindən cavablandırılıb. Pambıq sahələrində məhsuldarlığın artırılması, zərərvericilərə qarşı mübarizənin düzgün təşkili, preparatların keyfiyyəti və sertifikatlaşdırılması, yüksək temperatur şəraitində dərmanlamanın effektivliyi, gübrələmə və digər aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi ilə bağlı fermerlərə praktiki tövsiyələr verilib. Suvarma suyundan səmərəli istifadə, su ehtiyatlarının düzgün bölüşdürülməsi və su itkilərinin azaldılması da müzakirələrin əsas mövzularından olub.

Fermerlərlə müzakirə olunan məsələlərin praktiki həlləri ilə yerində tanış olmaq məqsədilə Tural Əlizadə və şirkətin rəhbər heyəti, Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və DAİM rəhbəri Lənbəran İFT-yə də səfər ediblər. Burada Prime Cotton İFT LLC-nin Layihələr və İnzibati işlər üzrə meneceri Oqtay Gülmalıyev tərəfindən həyata keçirilən işlər və nəzərdə tutulan suvarma infrastrukturu üzrə təqdimat keçirilib.

Lənbəran ərazisində 560 hektar sahənin kənd təsərrüfatı istifadəsinə qaytarılması istiqamətində torpaqların hamarlanması, giriş yollarının tikintisi və drenaj sisteminin qurulması artıq tamamlanıb. Layihədə sahələrin sərhədinədək su təchizatı infrastrukturu və sahədaxili suvarma üçün Lay-Flat elastik boru sisteminin tətbiqi nəzərdə tutulur.

Layihənin əsas yeniliklərindən biri Azərbaycanda ilk dəfə olaraq Prime Cotton tərəfindən Lənbəran İFT-də qapalı HDPE boru xətti ilə “Lay-Flat” boru sistemini birləşdirən suvarma həllinin tətbiqidir. Bu yanaşma suyun mənbədən əkin sahəsinədək daha səmərəli çatdırılmasına, nəql zamanı su itkilərinin minimuma endirilməsinə və sahədaxili su sərfinin daha çevik idarə olunmasına imkan verir. Lay-Flat sistemi çıxışların sayını və hər çıxış üzrə su sərfini tənzimləməklə suvarmanın sahənin faktiki tələbatına uyğun idarə edilməsinə şərait yaradır.

Təqdimat zamanı “land leveling” – torpaqların hamarlanması, qapalı HDPE boru xətti və “Lay-Flat” boru sistemli suvarma həllərinin üstünlükləri diqqətə çatdırılıb. Bu həllərin suyun sahələrə daha səmərəli çatdırılması, su itkilərinin azaldılması və su sərfinin daha çevik idarə olunmasına imkan yaratdığı bildirilib. Layihəyə əsasən, P13 təchizat kanalından Prime Cotton təsərrüfatının sərhədinədək təxminən 2 000 metr uzunluğunda iki HDPE boru xəttinin çəkilməsi nəzərdə tutulur ki, bununla da açıq kanallarda yaranan nəql itkilərinin qarşısının alınması hədəflənir.

Səfər zamanı Lənbəran İFT ərazisində yaradılması nəzərdə tutulan balanslaşdırıcı su anbarı da müzakirə olunub. Layihəyə görə, anbar su təchizatının azaldığı və ya kifayət etmədiyi dövrlərdə əlavə su təmin etməyə və su təchizatındakı fasilələrin təsirini minimuma endirməyə xidmət edəcək.

Prime Cotton-un regionlarda həyata keçirdiyi bu fəaliyyət kənd təsərrüfatı sahəsi ilə məhdudlaşmır. Şirkətin yanaşması pambığın yetişdirilməsindən başlayaraq emal və son məhsul istehsalına qədər vahid və dayanıqlı dəyər zəncirinin formalaşdırılmasını hədəfləyir. Bu istiqamətdə Tural Əlizadə və rəhbər heyət Gəncəyə səfər edərək Gəncə Tekstil şirkətinin nümayəndələri ilə görüşüb, müəssisənin fəaliyyəti və istehsal imkanları ilə tanış olublar.

Görüşdə iplik və tekstil ekosisteminin inkişafı, təcrübə mübadiləsi, yerli xammal potensialından daha səmərəli istifadə, eləcə də xammaldan son məhsula qədər istehsal zəncirinin gücləndirilməsi imkanları müzakirə edilib. Tərəflər mövcud təcrübə və imkanların birləşdirilməsi, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və regionda tekstil sənayesinin potensialının daha geniş istifadəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Gəncə səfəri çərçivəsində Prime Cotton rəhbərliyi şirkətin Gəncədə yerləşən istehsal müəssisəsinə də baş çəkib. Hazırda fəaliyyət göstərməyən müəssisənin mövcud vəziyyəti ilə tanış olunub, onun yenidən canlandırılması, yeni investisiyaların cəlb edilməsi və istehsal fəaliyyətinin bərpası perspektivləri nəzərdən keçirilib.

Beləliklə, Lənbəranda fermerlə bir masa arxasında başlayan dialoq, sahədə müasir suvarma və aqrotexniki həllərin tətbiqi, Gəncədə isə xammalın emalı və istehsal imkanlarının inkişafı ilə vahid bir zəncirin ayrı-ayrı həlqələrini birləşdirir: fermerdən sahəyə, sahədən emala, emaldan son məhsula.

Prime Cotton-un bu istiqamətdə fəaliyyəti Prezident İlham Əliyevin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair müəyyən etdiyi prioritetlərə, regionlarda iqtisadi fəallığın, istehsal potensialının və məşğulluğun artırılması istiqamətində çağırışlarına uyğun olaraq davam etdirilir.

Şirkətin hədəfi fermerlərlə birbaşa dialoqu və sahədə məhsuldarlığı gücləndirməklə yanaşı, su və torpaq resurslarından daha səmərəli istifadə etmək, yerli xammalın ölkə daxilində yaratdığı əlavə dəyəri artırmaq, yeni əməkdaşlıq və investisiya imkanları formalaşdırmaq və pambıqdan hazır məhsula qədər daha güclü istehsal ekosistemi qurmaqdır.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Prime Cotton MMC Tural Əlizadə Prime Cotton Tural Əlizadə pambıqçılıq Azərbaycanda pambıqçılıq kənd təsərrüfatı fermerlər Bərdə Lənbəran Lənbəran İFT Gəncə Gəncə Tekstil tekstil sənayesi pambıq istehsalı pambıq emalı yerli xammal suvarma infrastrukturu Lay-Flat sistemi HDPE boru xətti qapalı suvarma sistemi müasir suvarma su itkilərinin azaldılması su ehtiyatları land leveling torpaqların hamarlanması 560 hektar kənd təsərrüfatı torpaqları balanslaşdırıcı su anbarı aqrotexniki tədbirlər fermerlərlə əməkdaşlıq Kənd Günü kənd təsərrüfatında investisiya Gəncədə istehsal müəssisəsi istehsalın bərpası yeni investisiyalar tekstil istehsalı iplik istehsalı pambıqdan hazır məhsula qədər dəyər zənciri regional inkişaf məşğulluq aqrar sektor Azərbaycan kənd təsərrüfatı suvarma texnologiyaları yerli istehsal sənaye və kənd təsərrüfatı
17.08.2026 19:05
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19