Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir
Nissan özünəməxsus hibrid texnologiyası olan e-POWER üçün yeni bir nailiyyət əldə edib. Yeni nəsil e-POWER texnologiyası ilə təchiz edilmiş Nissan Qashqai yanacaq doldurmadan, plug-in olmayan, genişləndirilmiş yürüş məsafəsinə malik elektrik SUV-ləri arasında ən uzun məsafəni qət edən avtomobil kimi Guinness World Records™ rekorduna layiq görülüb.
Tək yanacaq çəni ilə 1980 km məsafə qət edilən rekord yürüş Nissan-ın e-POWER texnologiyasının səmərəliliyini, uzun məsafələr üçün yaratdığı inamı və real yol şəraitindəki imkanlarını nümayiş etdirib.
Rekord yürüşü harada baş tutub?
Rekord yürüşü 14–17 iyul 2026-cı il tarixlərində Kolumbiyada baş tutub. Marşrut Boqotadan başlayaraq Karib dənizi sahillərinə qədər uzanıb və müxtəlif yol, trafik və sürüş şəraitlərini əhatə edib.
Cəhdin hər mərhələsi Guinness World Records™ hakimləri tərəfindən müstəqil şəkildə izlənilib və yoxlanılıb. Ətraflı qiymətləndirmə prosesindən sonra hakimlər əldə olunan nəticəni təsdiqləyərək rekordu rəsmiləşdiriblər.
Bu nailiyyət Nissan-ın qlobal e-POWER hekayəsi üçün nə üçün önəmlidir?
Rekord yürüşü Nissan-ın qlobal e-POWER inkişaf yolunda əldə etdiyi növbəti mühüm nailiyyətdir. Böyük Britaniya və Tasmaniyada həyata keçirilmiş uğurlu uzunməsafəli yürüşlərdən sonra Guinness World Records™ rekordu e-POWER texnologiyasının müxtəlif relyef, iqlim və real sürüş şəraitində səmərəliliyi, uzunməsafəli yürüş imkanlarını və elektromobilə bənzər sürüş təcrübəsini ardıcıl şəkildə təmin etdiyini nümayiş etdirir.
Elektrik mühərriki ilə idarə olunan sürüş performansını ənənəvi yanacaq doldurmanın rahatlığı ilə birləşdirən Nissan e-POWER texnologiyası sürücülərə enerji doldurmadan elektrikli avtomobil sürüşünün üstünlüklərindən yararlanmaq imkanı verir. Bu isə elektrikləşməni gündəlik istifadə üçün daha əlçatan edir.
“Növbəti nəsil e-POWER texnologiyasının imkanlarını bir daha nümayiş etdirən bu möhtəşəm rekord bizi qürurlandırır. Qashqai e-POWER real müştəri ehtiyaclarına uyğun olaraq inkişaf etdirdiyimiz səmərəlilik, yüksək komfort və elektromobilə bənzər sürüş performansını təqdim edir. O, həmçinin Nissan-ın elektrikləşmə strategiyasında mühüm rol oynayaraq, tam elektrikli gələcəyə doğru irəliləyən daha çox sürücüyə elektrikli sürüşün üstünlüklərini yaşamağa imkan yaradır”, – deyə Nissan Korporativ İcraçı Direktoru (CE), Richard Candler bildirib.
e-POWER şarj etmədən EV-tipli sürmə təcrübəsini necə təmin edir?
Ənənəvi hibrid sistemlərdən fərqli olaraq, e-POWER texnologiyasında təkərlər yalnız elektrik mühərriki tərəfindən hərəkətə gətirilir. Bu, EV - lərə xas ani reaksiya, yüksək komfort və sürətlənmə təcrübəsini təmin edir. Yüksək səmərəliliyə malik benzin mühərriki ehtiyac yarandıqda elektrik enerjisi istehsal edir. Beləliklə, enerji doldurma ehtiyacı aradan qalxır, eyni zamanda avtomobilin yanacaq doldurma rahatlığı və çevikliyi qorunur.
Yeni nəsil e-POWER Nissan-ın qabaqcıl 5-in-1 modul güc aqreqatı ilə təchiz edilib. Bu sistem elektrik mühərrikini, generatoru, invertoru, reduktoru və multiplikatoru kompakt və yüksək səmərəli bir quruluşda birləşdirir. Regenerativ əyləcləmə texnologiyası ilə birlikdə sistem enerjidən istifadəni davamlı olaraq optimallaşdıraraq, sürüş zövqündən ödün vermədən maksimal səmərəliliyi təmin edir.
Bu gün e-POWER texnologiyası dünyanın bir çox bazarında təqdim olunur və EV-ə bənzər performansı gündəlik istifadənin praktikliyi ilə birləşdirən həll vasitəsilə müştərilərin elektrikləşdirilmiş sürüşə keçidini dəstəkləyir. Bu son nailiyyət Nissan-ın elektrikləşməni daha əlçatan edən innovativ texnologiyalar təqdim etmək və daha dayanıqlı gələcəyə keçidi sürətləndirmək öhdəliyini bir daha vurğulayır.
Nurgun Motors — Nissan avtomobillərinin Azərbaycanda rəsmi distribütoru və idxalçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
7 saat əvvəl
50 milyondan çox istifadəçisi olan OPay 500 milyon dollar cəlb etməyi planlaşdırır
-
9 saat əvvəl
Naxçıvan Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinat olub
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan 1,55 milyon litr şərab ixrac edib – Əsas alıcı ölkələr açıqlandı
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 9 ayda 164,5 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Sizin Lombard”dan "75/25 Payız fürsəti" ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
























