Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb.
Dövlət büdcəsinin gəlirləri
2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 756,0 milyon manat və ya 2,0 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 43,4 faizi və ya 17085,0 milyon manatı neft-qaz sektorunun, 56,6 faizi və ya 22280,0 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərdə 650,0 milyon manat və ya 4,0 faiz, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106,0 milyon manat və ya 0,5 faiz artıq icra gözlənilir.
Marja.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində (Mid-Year Review) əksini tapıb
Dövlət büdcəsinin gözlənilən gəlirlərinin 17760,0 milyon manatı və ya 45,1 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6762,0 milyon manatı və ya 17,2 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 12835,0 milyon manatı və ya 32,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 1021,0 milyon manatı və ya 2,6 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin, 987,0 milyon manatı və ya 2,5 faizi sair gəlirlərin payına düşür.
Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 17760,0 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 850,0 milyon manat və ya 5,0 faiz çoxdur. Qeyd olunan vəsaitin 4250,0 milyon manatı və ya 23,9 faizi neft-qaz sektorunun, 13510,0 milyon manatı və ya 76,1 faizi isə qeyri-neft-qaz sektorunun payına düşəcəkdir.
Neft-qaz sektoru üzrə gözlənilən vergi daxilolmalarının 41,2 faizini və ya 1750,0 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 11,8 faizini və ya 500,0 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 47,1 faizini və ya 2000,0 milyon manatını isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.
2026-cı il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kub metrinin orta satış qiyməti 35 ABŞ dolları artırılaraq 296,0 ABŞ dolları müəyyən edilmişdir. Qiymət artımı ilə əlaqədar Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi daxilolmalarının 400,0 milyon manat və ya 25,0 faiz artacağı gözlənilir.
2026-cı ilin dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 13510,0 milyon gözlənilir ki, bu da cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 200,0 milyon manat və ya 1,5 faiz çoxdur.
2026-cı ilin sonuna büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1021,0 milyon manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstərici ilə eynilik təşkil edəcək. Dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin altındakı torpaq sahələrinin icarəyə verilməsindən daxilolmaların 46,0 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəricidən 6,0 milyon manat və ya 15,0 faiz çoxdur. Sair daxilolmaların isə 941,0 milyon manat səviyyəsində olacağı və təsdiq olunmuş göstərici ilə eynilik təşkil edəcəyi gözlənilir. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (12835,0 milyon manat) üzrə daxilolmaların təsdiq olunan proqnoz göstəricisi ilə eyni səviyyədə qalacağı gözlənilir.
Dövlət büdcəsinin xərcləri
2026-cı il dövlət büdcəsinin xərcləri 40862,6 milyon manat səviyyəsində olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,0 faiz azdır.
Ümumilikdə 2026-cı il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,5 faizi həcmində və ya 24713,1 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 488,5 milyon manat və ya 1,9 faiz az), əsaslı xərclərə ümumi xərclərin 33,5 faizi həcmində və ya 13691,8 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 352,6 milyon manat və ya 2,5 faiz az), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 6,0 faizi həcmində və ya 2457,6 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcəkdir.
2026-cı ilin dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üzrə 2457,6 milyon manat məbləğində, o cümlədən xarici dövlət borcu üzrə 1400,0 milyon manat, daxili dövlət borcu üzrə isə 1057,6 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur.
Gözlənilən 2026-cı il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 5518,0 milyon manata qarşı 5462,8 milyon manat və ya 55,2 milyon manat (1,0 faiz), sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4873,0 milyon manata qarşı 4824,2 milyon manat və ya 48,7 milyon manat (1,0 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 632,1 milyon manata qarşı 625,8 milyon manat və ya 6,3 milyon manat (1,0 faiz), ətraf mühitin mühafizəsi xərcləri təsdiq olunmuş 415,8 milyon manata qarşı 411,6 milyon manat və ya 4,2 milyon manat (1,0 faiz), məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 3336,3 milyon manata qarşı 3286,2 milyon manat və ya 50,0 milyon manat (1,5 faiz), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 8717,6 milyon manata qarşı 8562,8 milyon manat və ya 154,7 milyon manat (1,8 faiz), səhiyyə xərcləri təsdiq olunmuş 2024,3 milyon manata qarşı 1987,3 milyon manat və ya 37,1 milyon manat (1,8 faiz), kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1226,5 milyon manata qarşı 1202,0 milyon manat və ya 24,5 milyon manat (2,0 faiz), iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 7856,6 milyon manata qarşı 7699,5 milyon manat və ya 157,1 milyon manat (2,0 faiz), təhsil xərcləri təsdiq olunmuş 5016,4 milyon manata qarşı 4880,1 milyon manat və ya 136,3 milyon manat (2,7 faiz), mənzil və kommunal təsərrüfatı xərcləri təsdiq olunmuş 334,5 milyon manata qarşı 321,3 milyon manat və ya 13,2 milyon manat (3,9 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər isə təsdiq olunmuş 1752,5 milyon manata qarşı 1598,9 milyon manat və ya 153,7 milyon manat (8,8 faiz) az olacağı proqnozlaşdırılır.
Dövlət borcu
Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd (dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması) 2026-cı ilin birinci yarımili ərzində gözlənilmişdir. Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil etmişdir. 2027-cı ilin 01 yanvar tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcunun 4833,0 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19387,1 milyon manat olmaqla ümumi dövlət borcunun 27604,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
2027-ci ilin 01 yanvar tarixinə xarici dövlət borcunun 59,5 faizinin 5 ilədək, 34,9 faizinin 5-10 il ərzində, 5,6 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.
2027-ci ilin 01 yanvar tarixinə daxili dövlət borcunun 55,3 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 51,0 faizi 5 ilədək, 49,0 faizi isə 5 il və daha artıq istiqrazların payına düşməsi gözlənilir.
Büdcə kəsiri
2026-cı ilin sonuna dövlət büdcəsinin kəsiri 1497,6 milyon məbləğində gözlənilir. Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait, vahid xəzinə hesabının sərbəst qalığı və məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 1.1 faiz olacaqdır.
Eyni zamanda, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti 2026-cı ildə 18,8 faiz proqnoza qarşı mövcud gözləntilər əsasında ilin sonuna 17,5 faiz səviyyəsində olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 44 d. əvvəl
-
-
1 saat əvvəl
“Qırmızı Körpü”də TIR böhranı: Sürücülər günlərlə sərhəddədir, Gömrük xidmətləri hələ plan qururlar
-
1 saat əvvəl
Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini MSolution-a etibar etdi ®
-
1 saat əvvəl
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
-
1 saat əvvəl
"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"
-
2 saat əvvəl
Azərbaycan xarici yağların alışına 7 ayda 262 milyon dollar xərcləyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir
Azərbaycan daha az buğdaya daha çox pul ödəyib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Bir Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark ’26”ya qeydiyyat açıq elan edildi ®
Bir sıra proqnozlar yenilənib
“75/25 Şok yay” kampaniyası davam edir ®
Nissan Qashqai e-POWER nailiyyətlərinə yeni Guinness World Records™ rekordunu əlavə edir












.png)












