Özbək turistlərin Azərbaycana marağı artıb - 2026-da artıq 44 min özbəkistanlı Azərbaycana gəlib
Azərbaycan ilə Özbəkistan arasında təhsil və turizm sahələrində əlaqələr genişlənir. 2025-ci ildə Azərbaycana səfər edən Özbəkistan vətəndaşlarının sayı 62 min nəfərə çatıb.
Marja xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.
Dövlət başçısı Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı istiqamətlərindən birinin təhsil sahəsində əməkdaşlıq olduğunu qeyd edib.
Prezidentin açıqladığı məlumatlara görə, 2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda təhsil alıb. Eyni dövrdə Özbəkistanda təhsil alan Azərbaycan vətəndaşlarının sayı isə 176 nəfər təşkil edib.
Beləliklə, iki ölkə arasında tələbə mobilliyi qarşılıqlı xarakter daşısa da, hazırda Özbəkistanda təhsil alan azərbaycanlıların sayı Azərbaycanda oxuyan özbəkistanlı tələbələrin sayından təxminən 2,6 dəfə çoxdur.
Özbəkistandan Azərbaycana turist axını yüksəlib
Azərbaycan-Özbəkistan əlaqələrinin sürətlə inkişaf etdiyi digər sahə turizmdir.
Prezident İlham Əliyevin açıqladığı rəqəmlərə əsasən, 2024-cü ildə Azərbaycana 46 min Özbəkistan vətəndaşı səfər edib. 2025-ci ildə bu göstərici 62 min nəfərə yüksəlib. Bu, bir il ərzində turist sayında təxminən 16 min nəfər və ya 35%-ə yaxın artım deməkdir.
2026-cı ilin yanvar-avqust dövründə isə Azərbaycana səfər edən Özbəkistan vətəndaşlarının sayı artıq 44 min nəfərə çatıb.
Turist axınının artması iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin genişlənməsi ilə yanaşı, qarşılıqlı səfərlərin, biznes əlaqələrinin və mədəni-humanitar əməkdaşlığın intensivləşməsi fonunda baş verir.
Azərbaycan və Özbəkistan arasında son illərdə nəqliyyat, investisiya, energetika, sənaye və turizm istiqamətlərində yeni layihələr həyata keçirilir. Təhsil və turizm göstəricilərindəki artım da iki ölkə arasında insanlararası əlaqələrin genişləndiyini göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
4 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 4 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
5 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı




























