Azərbaycanda vəhşi təbiəti izləmək üçün xüsusi turizm məkanları yaradılacaq
Azərbaycan vəhşi təbiət turizminə başlayır - Quş və heyvan müşahidəçiləri üçün yeni marşrutlar açılacaq.Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda biomüxtəlifliyin və vəhşi təbiətin müşahidəsinə əsaslanan yeni turizm məhsullarının yaradılması planlaşdırılır.
2026–2030-cu illərdə heyvan və quşların müşahidəsi üçün turizm potensialına malik ərazilər müəyyən ediləcək. Seçim zamanı biomüxtəliflik, nəqliyyat əlçatanlığı, təhlükəsizlik və ekoloji həssaslıq nəzərə alınacaq.
Beş müşahidə ərazisi üzrə turizmin inkişaf konsepsiyası hazırlanacaq. Konsepsiyalar turist marşrutlarını, müşahidə nöqtələrini, bələdçilik xidmətlərini və ətraf mühitin qorunması tələblərini əhatə edəcək.
Seçilmiş üç ərazidə müşahidə marşrutları və yüngül turizm infrastrukturu yaradılacaq.
Layihənin fotoqrafları, təbiət tədqiqatçılarını, quş müşahidəçilərini və xüsusi maraq qruplarını Azərbaycana cəlb etməsi gözlənilir.
Turizm fəaliyyəti biomüxtəlifliyə zərər verməmək şərtilə təşkil olunacaq, turist axınının həssas ekosistemlərə təsirinin qarşısını alan idarəetmə mexanizmləri tətbiq ediləcək.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
4 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
5 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 5 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı
























