Dörd ekstremal turizm məhsulu beynəlxalq standartlara uyğunlaşdırılacaq
Azərbaycan macəra turizmi bazarında iddiasını yüksəldir - 4 ekstremal turizm məhsulu yenilənəcək. Ekstremal turizmdə yeni beynəlxalq standartlar tətbiq ediləcəkAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda macəra və ekstremal turizmin inkişaf potensialı qiymətləndiriləcək, mövcud məhsulların təhlükəsizlik və xidmət standartları yenilənəcək.
2026–2028-ci illərdə ekstremal turizm üzrə perspektivli istiqamətlər araşdırılacaq və sektorun inkişafı ilə bağlı təkliflər hazırlanacaq.
Turizm şirkətləri, idman təşkilatları və aidiyyəti dövlət qurumları arasında daimi əməkdaşlıq mexanizmi yaradılacaq. Qurumlar marşrutların seçilməsi, təhlükəsizlik, məlumatlandırma və marketinq məsələlərini əlaqələndirəcəklər.
Proqramın sonunda mövcud 4 macəra və ekstremal turizm məhsulunun beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi hədəflənir.
Məhsulların formalaşdırılması zamanı peşəkar bələdçilik, iştirakçıların sığortalanması, ilk yardım, avadanlığın keyfiyyəti və fövqəladə vəziyyətlərə hazırlıq əsas meyarlar olacaq.
Yeni yanaşmanın təhlükəsiz ekstremal turizm xidmətlərinin sayını artıracağı və Azərbaycanın beynəlxalq macəra turizmi bazarındakı mövqeyini gücləndirəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
5 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
6 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 6 saat əvvəl
-
6 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı



























