“Matanat-A”nın Özbəkistanda gips zavodu açıldı – prezidentlər mərasimə qatıldılar
Azərbaycanın tikinti materialları istehsalçısı “Matanat-A” şirkətinin Özbəkistanda həyata keçirdiyi gips zavodu layihəsinin açılışı olub.
Marja xəbər verir ki Zavodun açılış mərasimi avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə onlayn formatda keçirilib.
Gips zavodu Azərbaycanın Özbəkistanda reallaşdırdığı investisiya layihələrindən biridir. Layihənin “Matanat-A” tərəfindən həyata keçirilməsi Azərbaycan özəl sektorunun Özbəkistan bazarında fəaliyyətini və istehsal sahəsinə yatırımlarını genişləndirməsi baxımından diqqət çəkir.
Zavodun fəaliyyətə başlaması iki ölkə arasında qeyri-neft sektorunda investisiya və sənaye əməkdaşlığının genişlənməsinin növbəti nümunəsi hesab oluna bilər.

Tədbir çərçivəsində Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi bir sıra digər layihələrin də açılışı və təməlqoyma mərasimləri keçirilib. “Davr Bank” və “Landau” adına iki STEAM məktəbi istifadəyə verilib.
Bununla yanaşı, SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsi, “Sea Breeze Uzbekistan”, “Baku City” yaşayış kompleksi, gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabriki və meyvə bağları layihələrinin təməli qoyulub.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 44 d. sonra
-
18 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
25 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 36 d. əvvəl
-
47 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 58 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























