Azərbaycana gələn əcnəbilərin sayı 9,2% azalıb – Körfəz ölkələrindən axın 32,8% düşüb
Azərbaycan turizmində diqqətçəkən geriləmə. Azərbaycana gələnlərin sayı 136 min nəfərdən çox azalıbDövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikasından xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumatları açıqlayıb.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 191 ölkəsindən 1 milyon 342,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 20,0 faizi Türkiyə, 7,9 faizi İran, 4,7 faizi Gürcüstan, 4,6 faizi Qazaxıstan, hər birindən 3,2 faiz olmaqla Özbəkistan və Pakistan, 3,1 faizi İsrail, 2,6 faizi Hindistan, 2,5 faizi Çin, 2,3 faizi Səudiyyə Ərəbistanı, 1,6 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,1 faizi Almaniya, 1,0 faizi Böyük Britaniya, 12,6 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 67,4 faizini kişilər, 32,6 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyul aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,0 faiz artaraq 65,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,6 faiz artaraq 531,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 32,8 faiz azalaraq 159,5 min nəfər, digər ölkələrdən gələnlərin sayı 10,8 faiz azalaraq 585,9 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4 faizi hava, 26,2 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2026-cı ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,4 faiz azalaraq 1 milyon 160,1 min nəfər olub. Vətəndaşlarımızın 42,7 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox), 15,9 faizi Rusiya Federasiyasına (1,3 faiz az), 12,4 faizi Gürcüstana (8,0 faiz çox), 5,8 faizi İrana (36,3 faiz az), 23,2 faizi isə digər ölkələrə (4,1 faiz az) gedib. Gedənlərin 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil edib.
2026-cı ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 70,4 faizi hava, 27,6 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
3 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
3 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 4 saat əvvəl
-
4 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı






























