Putin müharibəni daha da intensivləşdirməyə hazırlaşır
Məsələnin həssaslığı səbəbindən adlarının açıqlanmasını istəməyən mənbələrin bildirdiyinə görə, Rusiya hazırda Kiyevə və Ukraynanın digər şəhərlərindəki infrastruktur obyektlərinə qarşı güclü raket hücumlarını intensivləşdirməyi nəzərdən keçirir.
Kremlə yaxın mənbələrin məlumatına görə, hücumların genişlənməsi Rusiyada getdikcə daha çox rəsmi şəxsdə belə bir qənaət yaradır ki, Vladimir Putin Ukraynada son vasitə kimi taktiki nüvə silahından istifadə etməyə üstünlük verə bilər.
Mənbələrin sözlərinə görə, danışıqlar çərçivəsi faktiki olaraq dağılıb və müharibə edən tərəflər yenidən başlanğıc nöqtəsinə qayıdıblar. Bildirilir ki, Putin sanksiyaların yaratdığı iqtisadi təzyiq və Ukraynanın Rusiyanın neft emalı zavodlarına, eləcə də logistika şəbəkələrinə hücumları fonunda müharibəni dayandırmaq niyyətində deyil.
Mənbələrin iddiasına görə, rəsmi Moskva, Ukraynanın hücumlarını getdikcə daha çox NATO dövlətlərinin hücumları kimi qiymətləndirir. Buna səbəb kimi NATO üzvlərinin Kiyevi silah və kəşfiyyat məlumatları ilə təmin etməsi göstərilir.
Həmin mənbələr mövcud qarşıdurma mərhələsinin hərbi eskalasiyanın ən yüksək nöqtəsi olmadığını da bildiriblər.
Rusiya Prezidenti Vladimir Putin həftəsonu dövlət televiziyasına verdiyi açıqlamada niyyətinə dair mesaj verib və Ukraynanın hücumlarının Rusiya iqtisadiyyatına təsirini kiçiltməyə çalışıb.
ABŞ-ın müharibəni başa çatdırmaq istiqamətində səyləri indiyədək ciddi irəliləyiş təmin etməyib. Prezident Donald Trampın İranla qarşıdurmaya daha çox fokuslanması fonunda danışıqların dalana dirəndiyi bildirilir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 50 d. sonra
-
12 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
19 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 30 d. əvvəl
-
41 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 52 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























