BYD-nin ixracı kəskin artıb
2026-cı ilin ilk altı ayında şirkətin xarici satışları ötən ilin eyni dövrü ilə müqayisədə 67,8% artıb. BYD 2026-cı ilin birinci yarısında 1 milyon 808 min 511 ədəd yeni enerji avtomobili satıb, o cümlədən təxminən 792 min ədəd avtomobil ixrac edib.Çinin elektromobil nəhəngi BYD-nin səhmləri bazar ertəsi Honq Konq birjasında təxminən 5% ucuzlaşıb. Səhmlərin ucuzlaşması şirkətin cümə günü açıqladığı yarımillik maliyyə nəticələrindən sonra baş verib.
Marja xəbər verir ki, BYD-nin açıqladığı maliyyə hesabatına əsasən, 2026-cı ilin birinci yarısında şirkətin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 7,13% azalaraq 344,82 milyard yuana (təxminən 50,9 milyard ABŞ dolları) düşüb.
Şirkətin səhmdarlarına aid xalis mənfəət isə illik müqayisədə 20,54% azalaraq 12,33 milyard yuan təşkil edib.
BYD gəlirlərin azalmasını əsasən yeni enerji avtomobilləri (NEV) biznesindəki zəifliklə izah edib. Valyuta məzənnələrinin dəyişməsi nəticəsində yaranmış zərərlər də şirkətin mənfəətinə mənfi təsir göstərib.
BYD-nin avtomobil satışları 15,7% azalıb
Şirkətin maliyyə göstəricilərinə ən böyük mənfi təsiri avtomobil satışlarındakı zəiflik göstərib. BYD 2026-cı ilin birinci yarısında 1 milyon 808 min 511 ədəd yeni enerji avtomobili satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,72% azdır. Lakin ikinci rübdə azalmanın tempi əhəmiyyətli dərəcədə zəifləyib. BYD aprel-iyun aylarında 1 milyon 108 min 48 avtomobil satıb. İkinci rübdə satışlar illik müqayisədə cəmi 3,24% azalıb. Müqayisə üçün, 2026-cı ilin birinci rübündə şirkətin satışlarında 30,01% azalma qeydə alınmışdı. Bu göstərici BYD-nin satış dinamikasının ilin ikinci rübündə nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını göstərir.
Xaricə 792 min avtomobil satılıb – Artım 67,8%
BYD-nin əsas artım mənbələrindən biri xarici bazarlar olub. Şirkət 2026-cı ilin ilk altı ayında təxminən 792 min avtomobil ixrac edib. Xarici satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 67,8% artıb. Beləliklə, xaricdə satılan avtomobillər BYD-nin ümumi satışlarının təxminən 44%-nə bərabər olub. Təkcə ikinci rübdə BYD-nin xarici bazarlardakı satışları 471 min 91 avtomobil təşkil edib.
Bu göstərici: illik müqayisədə 82,46%; əvvəlki rüblə müqayisədə isə 46,68% artıb.
BYD bildirib ki, ilin ilk yarısında Çinin avtomobil sənayesində daxili tələbin zəif olması ilə yanaşı, ixracda güclü artım müşahidə edilib.
Şirkətin məlumatına görə, bazardakı sərt rəqabət, əmtəələrin, xammalın və çiplərin bahalaşması avtomobil istehsalçılarının mənfəət marjalarına təzyiq göstərib.
Bununla yanaşı, BYD-nin xarici bazarlardakı satışları sürətlə artmaqda davam edib. Şirkətin ixracı ilin ilk yarısında illik müqayisədə 67,8% artaraq 792 min avtomobilə çatıb.
Çin bazarında rəqabətin güclənməsinə və daxili tələbdə müvəqqəti çətinliklərə baxmayaraq, Fangchengbao, Denza və Yangwang kimi BYD-yə məxsus brendlərin ümumi satışları 61% artıb. Bu markalar artıq BYD qrupunun minik avtomobilləri satışlarının 12,8%-ni təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
7 saat əvvəl
50 milyondan çox istifadəçisi olan OPay 500 milyon dollar cəlb etməyi planlaşdırır
-
9 saat əvvəl
Naxçıvan Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinat olub
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan 1,55 milyon litr şərab ixrac edib – Əsas alıcı ölkələr açıqlandı
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 9 ayda 164,5 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Sizin Lombard”dan "75/25 Payız fürsəti" ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib





















