Epoint sahibkarlara 3 ay 0% komissiya təklif edir! ®
Epoint sentyabr ayı ərzində yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində platformaya qoşulan bizneslər aylıq 5 000 AZN-dək dövriyyə üzrə 3 ay ərzində 0% komissiya ilə onlayn ödəniş qəbul edə biləcəklər.
Yeni təklif kiçik və orta biznesin rəsmi ödəniş qəbulu infrastrukturuna keçidini asanlaşdırır və sahibkarlara əlavə komissiya xərci olmadan onlayn satışa başlamağa imkan yaradır.
Kampaniya 1–30 sentyabr tarixlərində qüvvədədir, güzəştli şərtlər isə 1 dekabr tarixinədək aktiv qalır. Kampaniya yalnız yeni müştərilərlə məhdudlaşmır — mövcud müştərilər də öz seçimlərinə uyğun olaraq bu şərtlərə keçid edə bilərlər.
Kampaniya Epoint-in kiçik və orta biznesin rəqəmsal ödəniş həllərinə çıxışını genişləndirmək və ödəniş qəbulunu şəffaf, izlənilə bilən kanala keçirmək strategiyasının bir hissəsidir.
"Bu gün bir çox kiçik sahibkar üçün əsas maneə texnologiya deyil, keçid mərhələsinin xərcidir. Biz həmin xərci ilk üç ay üçün sıfıra endiririk ki, biznes sahibi rəsmi ödəniş qəbulunu risk etmədən, öz təcrübəsində sınaya bilsin. Son illərdə bizneslərdə istifadə olunan kartdan karta əməliyyatları həm əhalini yorur, həm də bizneslər üçün cərimə risklərini artırırdı. Bu yaxınlarda kartlara tətbiq olunan mədaxil limitlərinin bizneslərə mənfi təsirini azaltmaq üçün, bu cür stimullaşdırıcı və əlavə xərc yaratmayan kampaniyanın keçirilməsinə qərar verdik. Bu cür kampaniyaların keçirilməsi, kiçik və orta sahibkarlığa böyük dəstək olacağına inanırıq" — deyə Epoint şirkətinin baş icraçı direktoru (CEO) Zeynal Kərimzadə bildirib.
Ətraflı məlumat üçün:
+994 70 242 99 66
+994 12 488 64 67
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 52 d. sonra
-
10 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
17 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 28 d. əvvəl
-
39 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 50 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























