PAŞA Bank sahibkarlar üçün yeni tarif paketlərini təqdim etdi ®
PAŞA Bank 2 sentyabr 2026-cı il tarixindən etibarən yeni biznes hesabı açan sahibkarlar üçün “Xoş gəldin” tarif paketlərini istifadəyə verib. Paketlər sərfəli tariflər və yüksək dövriyyə limitləri təklif edir.
Müştərilər dövriyyə həcmi və biznes ehtiyaclarına uyğun olaraq üç paketdən birini seçə bilərlər. Paketlərin aylıq qiyməti müvafiq olaraq 25, 85 və 165 manatdır. Paketlərə ölkədaxili və beynəlxalq köçürmələr, əməkhaqqı ödənişləri, valyuta mübadiləsi, hesaba mədaxil və hesabdan məxaric əməliyyatları üzrə xüsusi tariflər daxildir. Sahibkarlar, həmçinin bankın seçilmiş ödənişli məhsul və xidmətlərindən pulsuz istifadə edə bilərlər.
Paketlərin əlavə üstünlükləri sırasında satış, biznesin idarə edilməsi, strategiya, insan resursları, vergi, mühasibatlıq və maliyyə sahələri üzrə ödənişsiz konsultasiyalar, eləcə də tərəfdaş şirkətlərin təqdim etdiyi 30 %-dək endirimlər yer alır.
Yeni biznes hesabı açan sahibkarlar hesabın açıldığı tarixdən etibarən 6 ay ərzində paketlərdən birini seçə bilərlər. Seçilmiş paket aylıq əsasda təqdim olunur və hər ay avtomatik yenilənir.
Yeni tarif paketləri sahibkarların bank xərclərini optimallaşdırmaq və bizneslərinin inkişafı üçün ehtiyac duyduqları xidmətləri bir paket daxilində təqdim etməyi hədəfləyir. Tarif paketləri haqqında ətraflı məlumat almaq və sifariş etmək üçün linkə keçid edin.
Qeyd edək ki, PAŞA Bank sahibkarların real ehtiyaclarına uyğun məhsul və xidmət portfelini inkişaf etdirməyə davam edir. Bank korporativ, kiçik və orta bizneslər üçün investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi və aktivlərin idarə olunması istiqamətlərində geniş xidmət portfeli təqdim edir. PAŞA Bank International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” seçilib. Bank son illərdə Euromoney, Global Finance və Stevie Awards tərəfindən də bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























