Tramp: Hücumların çox uzun çəkəcəyini düşünmürəm
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yenidən başlayan hücumların uzun müddət davam edəcəyini gözləmədiyini bildirib və ABŞ-ın Hörmüz boğazına nəzarəti əlində saxladığına dair iddiasını təkrarlayıb.ABŞ Prezidenti Donald Tramp İrana qarşı yenidən başlayan hücumların uzun müddət davam edəcəyini gözləmədiyini bildirib və ABŞ-ın Hörmüz boğazına nəzarəti əlində saxladığına dair iddiasını təkrarlayıb.
Marja xəbər verir ki, Tramp çərşənbə günü jurnalistlərin İrana qarşı hücumların nə qədər davam edəcəyi ilə bağlı sualına, “Çox uzun çəkəcəyini düşünmürəm”, – deyə cavab verib. Trampın açıqlamalarından sonra Brent markalı neftin bir barelinin qiyməti bir qədər geriləsə də, 95 dollardan bir qədər yuxarı səviyyədə qərarlaşıb.
ABŞ ordusu ötən gün İrana qarşı ikinci hücum dalğasını həyata keçirib. Hücumlar zamanı İranın cənub sahillərindəki radar sistemlərinin və mina yerləşdirmə imkanlarının hədəfə alındığı bildirilib.
İran isə təxminən altı aydır davam edən qarşıdurmalarda tətbiq etdiyi üsula bənzər şəkildə Yaxın Şərqdəki ABŞ bazalarına pilotsuz uçuş aparatları və raketlərlə cavab verib.
Tramp bildirib:
“Hörmüz boğazı boyunca quraşdırmağa çalışdıqları bütün yeni avadanlıqları – bəziləri müdafiə, bəziləri isə hücum məqsədlidir – məhv etdik. Ötən gecə çox ağır hücum həyata keçirildi və istədiyimiz vaxt daha bir hücum etməyə hazırıq”.
İran ABŞ-ı toy mərasiminə hücumda ittiham edib
Tehran administrasiyası ABŞ-ı ölkənin cənubundakı Sirik şəhərində keçirilən toy mərasimini hədəfə almaqda ittiham edib. İran Qızıl Aypara Cəmiyyəti hücum nəticəsində ən azı 4 nəfərin öldüyünü, təxminən 67 nəfərin yaralandığını bildirib. İran Qızıl Aypara Cəmiyyəti itkilərin arta biləcəyini qeyd edib.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü, ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Tim Hokins isə “ABŞ ordusu heç vaxt mülki şəxsləri hədəfə almır”, – deyib.
İran rəsmiləri Sirikdə baş verən hadisəni qarşıdurmaların ilk günlərində Minab şəhərindəki ibtidai məktəbə endirilmiş hücumla müqayisə ediblər. Təxminən 120 uşağın həyatını itirdiyi bildirilən həmin hücum ABŞ ordusu tərəfindən araşdırılır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sosial şəbəkə hesabındakı paylaşımında bildirib:
“Bu vəhşiliyi Minabda baş verən vəhşiliklər zəncirindən ayrı qiymətləndirmək olmaz. İran bu vəhşi cinayətlərə qətiyyətlə cavab verəcək”.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 52 d. sonra
-
10 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
17 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 28 d. əvvəl
-
39 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 50 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























