Azərbaycanın qiymətli kağızlar bazarının qlobal sistemə bağlanması üçün danışıqlar aparılıb
Azərbaycan “Clearstream” və “Euroclear”a qoşulmağa hazırlaşır.Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli İsveç Krallığının Stokholm şəhərində keçirilən “PostTrade 360° 2026” tədbiri çərçivəsində dünyanın aparıcı beynəlxalq depozitar institutları olan Clearstream və Euroclear-ın rəhbər heyətinin nümayəndələri ilə görüşlər keçirib.
Tərəflər Milli Depozit Mərkəzinin Clearstream və Euroclear-da hesablarının açılması istiqamətində həyata keçirilən proseslərin hazırkı vəziyyətini və növbəti mərhələləri müzakirə ediblər.
Görüşlər zamanı, həmçinin MDM-in hər iki beynəlxalq depozitar sisteminə üzvlüyü ilə bağlı texniki məsələlər ətraflı nəzərdən keçirilib, mövcud tələblər, əməliyyat və texnoloji inteqrasiya məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Müzakirələr çərçivəsində beynəlxalq depozitar infrastrukturu ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan kapital bazarının qlobal maliyyə bazarlarına inteqrasiyasının gücləndirilməsinin və yerli bazar iştirakçılarının beynəlxalq maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşlərdə tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, hesabların açılması və üzvlük prosesinin müvafiq mərhələləri üzrə əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 44 d. sonra
-
18 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
25 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 36 d. əvvəl
-
47 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 58 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























