Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
Gəlir cəmi 3,6%, mənfəəti isə 38 dəfə artıbDövlətə məxsus “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2026-cı ilin ilk yarısını 23 milyon 386 min manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövründə şirkətin xalis mənfəəti cəmi 618 min manat təşkil etmişdi. Beləliklə, ASCO-nun xalis mənfəəti bir ildə 22 milyon 768 min manat və ya təxminən 37,8 dəfə artıb.
Marja.az Şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, Şirkətin gəlirləri isə mənfəətlə müqayisədə daha mülayim templə yüksəlib. 2026-cı ilin yanvar-iyun aylarında gəlirlər 256 milyon 421 min manat olub. Ötən ilin eyni dövründə bu göstərici 247 milyon 462 min manat idi. Gəlirlər 8 milyon 959 min manat və ya 3,6% artıb.
Gəlirlərin artımını əsasən dəniz nəqliyyatı xidmətləri təmin edib. Bu istiqamətdən gəlirlər 99 milyon 929 min manatdan 113 milyon 105 min manata yüksəlib. Artım 13 milyon 176 min manat və ya 13,2% təşkil edib.
Yük və sərnişin daşımalarından gəlirlər isə 130 milyon 79 min manatdan 127 milyon 584 min manata enib. Bu istiqamətdə azalma 2 milyon 495 min manat və ya 1,9% olub. Digər gəlirlər də 17 milyon 454 min manatdan 15 milyon 732 min manata düşüb.
ASCO-nun əməliyyat mənfəəti kəskin artıb
Şirkətin EBIT göstəricisi (faiz və vergilərdən əvvəlki mənfəəti) 2025-ci ilin ilk yarısındakı 1 milyon 208 min manatdan 2026-cı ilin eyni dövründə 19 milyon 726 min manata yüksəlib. Beləliklə, əməliyyat mənfəəti 18 milyon 518 min manat və ya 16 dəfədən çox artıb.
EBITDA isə 50 milyon 403 min manatdan 83 milyon 831 min manata çatıb. Artım 33 milyon 428 min manat və ya 66,3% təşkil edib.
Mənfəəti nə artırıb?
ASCO-nun nəticələrində diqqətçəkən əsas məqam gəlirlərin cəmi 3,6% artmasına baxmayaraq xalis mənfəətin 37,8 dəfə yüksəlməsidir.
2025-ci ilin ilk yarısında 215 milyon 489 min manat maya dəyəri və 30 milyon 765 min manat inzibati xərc olmaqla əməliyyat xarakterli xərclər ümumilikdə 246 milyon 254 min manat təşkil edib. 2026-cı ilin hesabatında ümumi xərclər 236 milyon 695 min manat göstərilib. Bu, təxminən 9,6 milyon manat və ya 3,9% azalma deməkdir. Başqa sözlə, gəlirlərin təxminən 9 milyon manat artması ilə yanaşı xərclərin təxminən 9,6 milyon manat azalması EBIT-in 18,5 milyon manat artmasına imkan verib.
Mənfəətə valyuta məzənnəsi də müsbət təsir göstərib. 2025-ci ilin ilk yarısında şirkət məzənnə fərqindən 2 milyon 776 min manat zərər etdiyi halda, 2026-cı ilin eyni dövründə 2 milyon 704 min manat gəlir əldə edib. Bunun mənfəətə müsbət təsiri illik müqayisədə təxminən 5,5 milyon manat olub.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Digər tərəfdən, birgə müəssisələrin maliyyə nəticələrində ASCO-nun payı 14 milyon 866 min manatdan 13 milyon 252 min manata düşüb.
Şirkətin xalis mənfəət marjası 2025-ci ilin ilk yarısındakı təxminən 0,25%-dən 2026-cı ilin eyni dövründə 9,1%-ə yüksəlib. EBITDA marjası isə 20,4%-dən 32,7%-ə çatıb. Bu dinamika gəlir artımından daha çox əməliyyat səmərəliliyindəki yaxşılaşmanın nəticələrə təsir etdiyini göstərir.
Öhdəliklər 94 milyon manata yaxın artıb
30 iyun 2026-cı il tarixinə ASCO-nun cəmi aktivləri 1 milyard 789 milyon 666 min manat təşkil edib. Bir il əvvəl aktivlər 1 milyard 795 milyon 538 min manat idi. Aktivlər 5 milyon 872 min manat və ya 0,3% azalıb.
Bununla belə, cari aktivlər 141 milyon 501 min manatdan 261 milyon 820 min manata yüksələrək 85% artıb. Pul vəsaitləri 14 milyon 273 min manatdan 37 milyon 889 min manata, ticarət və digər debitor borcları isə 38,6 milyon manatdan 103 milyon manata yaxın səviyyəyə yüksəlib.
Şirkətin cəmi öhdəlikləri 510 milyon 312 min manatdan 603 milyon 904 min manata çatıb. Artım 93 milyon 592 min manat və ya 18,3%-dir.
Xüsusilə cari öhdəliklər 67 milyon 578 min manatdan 158 milyon 376 min manata yüksəlib – artım 134,4% təşkil edib. Ticarət və digər kreditor borcları 30 milyon manatdan 57 milyon 903 min manata, vergilər üzrə kreditor borcları isə 25 milyon 124 min manatdan 44 milyon 754 min manata yüksəlib.
Qısamüddətli və uzunmüddətli borc öhdəliklərinin cəmi də 417 milyon 188 min manatdan 438 milyon 171 min manata yüksəlib.
ASCO-nun kapitalı isə 1 milyard 285 milyon 226 min manatdan 1 milyard 185 milyon 762 min manata düşüb. Azalma 99 milyon 464 min manat və ya 7,7% təşkil edib.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
"PAŞA Real Estate Qrup" və "Marriott International" Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
4 saat sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
8 d. əvvəl
Bakıda Bal yarmarkası keçiriləcək – Qeydiyyat 7 sentyabrda başlayır
-
-
16 d. əvvəl
Azərbaycan şirkəti Çinin aparıcı idxalçısı ilə anlaşıb - BAKIDA MÜQAVİLƏ İMZALANIB
-
25 d. əvvəl
S&P: SOCAR "Comstock"a beynəlxalq qaz bazarlarına çıxış imkanı yaradacaq
- 35 d. əvvəl
- 39 d. əvvəl
-
58 d. əvvəl
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
-
1 saat əvvəl
Qiymətlər 70%-dək endirilib- 1200 manat ucuzlaşan məhsul var ®
-
1 saat əvvəl
Azərbaycanın qiymətli kağızlar bazarının qlobal sistemə bağlanması üçün danışıqlar aparılıb
-
1 saat əvvəl
Böyük məbləğ. Böyük imkanlar. 0% komissiya ilə 100 000 AZN-dək nağd kredit kampaniyası uzadılıb ®
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Bakıda Bal yarmarkası keçiriləcək – Qeydiyyat 7 sentyabrda başlayır
535 güzəştli mənzil bir anda seçildi – MİDA-dan açıqlama
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
Qiymətlər 70%-dək endirilib- 1200 manat ucuzlaşan məhsul var ®
Ən çox oxunanlar
Azərbaycanın qiymətli kağızlar bazarının qlobal sistemə bağlanması üçün danışıqlar aparılıb
Böyük məbləğ. Böyük imkanlar. 0% komissiya ilə 100 000 AZN-dək nağd kredit kampaniyası uzadılıb ®
"PAŞA Real Estate Qrup" və "Marriott International" Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı
Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır
Tramp: “Əlimizdə demək olar ki, limitsiz sursat var”
“Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək






















