Dövlət südlük heyvanlara görə 1500, ətlik cinslərə görə 1000 manat əvəzsiz pul verəcək
Yeni intensiv təsərrüfatlarda hər heyvana 1500 manatadək subsidiya veriləcəkİntensiv iribuynuzlu heyvandarlığın təşviqi üçün yeni dəstək mexanizmi tətbiq olunacaq
Aqrar Subsidiya Şurasının qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən edilmiş kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib.
Marja.az xəbər verir ki, 1 oktyabr 2026-cı ildən sonra yaradılan intensiv təsərrüfatlarda südlük və südlük-ətlik cins heyvanlara görə 1500 manat/baş, ətlik cinslər üzrə isə 1000 manat/baş heyvan subsidiyası veriləcək.
Mövcud təsərrüfatlarda cins sağmal heyvanlara 500 manat/baş/il, yerli damazlıqdan yetişdirilmiş sağmal heyvanlara 800 manat/baş/il, mələz sağmal heyvanlara isə 200 manat/baş/il heyvan subsidiyası tətbiq olunacaq. Təsərrüfatlarda heyvan subsidiyasından yararlanmaq üçün minimum 50 baş cins və ya minimum 100 baş mələz sağmal heyvan tələbi müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
7 saat əvvəl
50 milyondan çox istifadəçisi olan OPay 500 milyon dollar cəlb etməyi planlaşdırır
-
8 saat əvvəl
Naxçıvan Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinat olub
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
- 9 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycan 1,55 milyon litr şərab ixrac edib – Əsas alıcı ölkələr açıqlandı
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 9 ayda 164,5 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Sizin Lombard”dan "75/25 Payız fürsəti" ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

























