Yaponiyanın valyuta ehtiyatları Yenə müdaxilədən sonra rekord məbləğdə - 80 milyard dollar azalıb
Yaponiyanın valyuta ehtiyatlarında rekord çöküş – 80 milyard dollar azaldıYaponiyanın valyuta ehtiyatları avqust ayında 6,18% azalaraq Maliyyə Nazirliyinin 2000-ci ildən statistika aparmağa başladığı dövrdən bəri ən kəskin aylıq geriləməni qeydə alıb.
Marja.az xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin valyuta ehtiyatları iyul ayındakı 1,287 trilyon dollardan avqustda 1,207 trilyon dollara düşüb. Beləliklə, ehtiyatlar bir ay ərzində təxminən 80 milyard dollar azalıb.
Bu, valyuta ehtiyatlarının ardıcıl dördüncü aylıq azalmasıdır. Avqustdakı 6,18%-lik geriləmə may ayında qeydə alınmış əvvəlki 5,58%-lik rekordu da üstələyib.
Maliyyə Nazirliyi azalmanın səbəbini açıqlamasa da, “Kyodo News” nazirliyin adının açıqlanmasını istəməyən rəsmisinə istinadən bildirib ki, geriləməyə yenin məzənnəsini dəstəkləmək məqsədilə həyata keçirilən valyuta müdaxilələri, həmçinin istiqraz gəlirliliyinin yüksəlməsi fonunda dövlət istiqrazlarının dəyərinin azalması səbəb olub.
Son dövrdə qlobal istiqraz gəlirlilikləri çoxillik maksimumlara yüksəlib. Almaniya, Böyük Britaniya və ABŞ dövlət istiqrazlarının gəlirliliklərində də kəskin artımlar qeydə alınıb.
“State Street Investment Management” şirkətinin sabit gəlirli alətlər üzrə baş strateqi Masahiko Loo CNBC-yə bildirib ki, ehtiyatların azalması əsasən Yaponiyanın son dövrdə dollar sataraq yen alması ilə həyata keçirdiyi valyuta müdaxilələrinin nəticəsidir.
Tokio son bir neçə ay ərzində yenin ucuzlaşmasının qarşısını almaq üçün bir neçə dəfə bazara müdaxilə edib.
Yaponiya aprel və may aylarında ümumilikdə təxminən 11,73 trilyon yen, yəni 75,26 milyard dollar həcmində müdaxilə həyata keçirib. İyulun sonunda isə 15,4 trilyon yen həcmində daha böyük müdaxilə baş tutub. Həmin əməliyyat ABŞ-ın da yenə dəstək məqsədilə avro satması ilə müşayiət olunub.
Maliyyə Nazirliyinin məlumatına görə, Yaponiya 2026-cı ildə indiyədək valyuta bazarına müdaxilələrə ümumilikdə 27,1 trilyon yen xərcləyib.
Bu, Yaponiya tarixində bir il ərzində valyuta müdaxilələrinə sərf edilmiş ən böyük məbləğdir. Əvvəlki rekord 2003-cü ildə qeydə alınmış 20,4 trilyon yen idi.
Vaşinqtonla birgə keçirilən əməliyyat eyni zamanda 1998-ci ildən bəri ABŞ və Yaponiyanın yeni dəstəkləmək üçün həyata keçirdiyi ilk koordinasiyalı valyuta müdaxiləsi olub.
İyulun 23-də dollar qarşısında 163,98 səviyyəsinə qədər ucuzlaşaraq son 40 ilin minimumuna enən yen hazırda bir dollar üçün təxminən 155,98 yen səviyyəsində ticarət olunur.
Valyuta ehtiyatlarının kəskin azalmasının investorları narahat edib-etməməsi ilə bağlı suala Masahiko Loo belə cavab verib:
“Azalma maliyyə stressini deyil, həyata keçirilən siyasət tədbirlərini əks etdirir”.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 45 d. sonra
-
17 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
24 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 35 d. əvvəl
-
46 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 57 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir





























