Qeyri-bank kredit təşkilatı mobil tətbiq hazırlayır - Kreditverməni sürətləndirəcək
FINCA Azerbaijan-da böyük rəqəmsal dəyişiklik – Mobil tətbiq və məsafədən kredit gündəmdə"Fintex layihələri bizim üçün prioritet istiqamətlərdən biridir. Bu ildən şirkətin mobil tətbiqinin hazırlanması layihəsi üzərində işə başlamışıq. Bu tətbiq müştərilərə xidmətlərə daha rahat çıxış, müxtəlif əməliyyatları məsafədən həyata keçirmək və şirkətlə daha çevik əlaqə qurmaq imkanları verəcək".
Bunu Marja.az-a müsahibəsində "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı MMC-nin İdarə Heyətinin üzvü və Baş Əməliyyat Rəhbəri Zaur Nurməmmədov bildirirb.
Kredit təşkilatının Baş Əməliyyat Rəhbəri əlavə edib ki, kreditvermə prosesini sürətləndirmək üçün xüsusi texnoloji avadanlıqlardan istifadənin tətbiqi də planlaşdırılır. Bu, əməkdaşların müştərinin yanında olarkən kredit prosesinin daha böyük hissəsini operativ şəkildə həyata keçirməsinə imkan verəcək.
"Qanunvericiliyin tələbləri çərçivəsində məsafədən kreditləşmə imkanlarını da araşdırırıq. Buraya rəqəmsal imza və digər rəqəmsal həllər daxildir.
Müştərilərimiz daha sürətli, daha rahat və daha əlçatan xidmət gözləyə bilərlər. Bu istiqamətdə həm texnoloji, həm də biznes modelimizdə dəyişikliklər davam edəcək. Mobil tətbiq, “tablet lending” (kreditləşmə prosesinin planşetlər vasitəsilə tam rəqəmsallaşdırılması - red) , “remote lending” (Məsafədən borclandırma / Məsafədən kreditləşmə - kredit təşkilatlarında müştərinin banka və ya filiallara fiziki olaraq getmədən, tamamilə distant şəkildə kredit alması prosesini - red), rəqəmsal kanalların inkişafı və süni intellekt (AI) əsaslı həllər bu dəyişikliklərin mühüm hissələridir. Eyni zamanda biznes kreditləşməsinə, xüsusilə kənd ərazilərində və bank xidmətlərinə çıxışı olmayan seqmentə diqqətimizi qoruyacağıq", - Zaur Nurməmmədov bildirirb.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 53 d. sonra
-
9 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
16 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 27 d. əvvəl
-
38 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 49 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir





























