Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

100 min TEU-dan 300 min TEU-ya – Bakı Limanında böyük genişlənmə

Bakı Limanının konteyner gücü 3 dəfə artırılacaq. ADY sədri Rövşən Rüstəmov: "Bakı Limanının illik konteyner aşırma gücü bu ilin sonunda isə 200 min TEU olacaq. Hədəfimiz 2027-ci ilin sonunadək aşırma gücünü təxminən 300 min TEU etməkdir"
AzVak-mobil_resmin_ustu_31
100 min TEU-dan 300 min TEU-ya – Bakı Limanında böyük genişlənmə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

9 sentyabr tarixində Bakıda “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanının təşkilatçılığı ilə baş tutan konfrans Asiyanın müxtəlif ölkələrindən liman rəhbərləri, nəqliyyat və logistika sahəsinin nümayəndələrini bir araya gətirərək regionda nəqliyyat və logistika əlaqələrinin inkişafı, limanlar arasında əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi üçün mühüm platforma yaradıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi ölkənin regional nəqliyyat və logistika rolunu gücləndirir, Bakı Limanının ADY-yə inteqrasiyası, eləcə də dayanıqlı infrastruktur layihələri yükdaşımaların səmərəliliyini və tranzit imkanlarını artırır:

“Bu yanaşma dəmir yolu və dəniz nəqliyyatı arasındakı maneələri aradan qaldıraraq əməliyyat səmərəliliyini yüksəldir – əlaqələndirmə proseslərinin müddətini qısaldır, koordinasiyanı gücləndirir və yüklərin daha sürətli hərəkətini təmin edir.  Hazırda isə konteynerlərin emalı üzrə imkanların genişləndirilməsi üzərində ciddi çalışırıq. Bilirsiniz ki, Bakı Limanının illik konteyner aşırma gücü 100 min TEU üçün dizayn edilmişdi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi hesabına bu rəqəmi  150 min TEU-ya çatdırdıq, bu ilin sonunda isə 200 min TEU olacaq. Hədəfimiz 2027-ci ilin sonunadək aşırma gücünü təxminən 300 min TEU etməkdir. Bu da, bütövlükdə Orta Dəhlizin buraxılış gücünə əlavə töhfə vermiş olacaq.

Sədr əlavə edib ki, Xəzər dənizində su səviyyəsinin azalması və qlobal ticarət marşrutlarındakı çağırışlar regional əməkdaşlığın əhəmiyyətini artırır və CICA liman rəhbərləri konfransı bu çağırışlarla bağlı birgə həllərin formalaşdırılması üçün mühüm platformadır.

Tədbirdə çıxış edən CICA-nın katibi Kayrat Sarıbay isə Orta Dəhliz üzrə əməliyyatların səmərəliliyinin artırılmasında limanların rolunun əhəmiyyətini qeyd edib və bu cür tədbirlərin təşkilinin əməkdaşlığın dərinləşdirilməsi baxımından vacibliyini vurğulayıb.

Konfrans “Regional əməkdaşlıq və dayanıqlı tərəfdaşlıqlar” və “Limanların və multimodal bağlantının əhəmiyyəti” adlı iki ayrı sessiya və “dəyirmi masa” ilə davam edib.

Sessiyalar çərçivəsində regional əməkdaşlıq və dayanıqlı tərəfdaşlıqların yük axınlarının səmərəli təşkili, eləcə də dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inteqrasiyası məsələləri müzakirə olunub.

Tədbirdə limanların regional bağlantıların inkişafında rolu ilə yanaşı, Orta Dəhliz vasitəsilə dənizə çıxışı olmayan ölkələrin nəqliyyat imkanlarının gücləndirilməsi, limanların mövcud potensialı və Asiyada yük axınlarının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Bakı Limanı hazırda regional yük əməliyyatları üçün mühüm halqa kimi daha geniş diqqət mərkəzindədir. Ötən il limanda 107 min TEU konteyner və 8 milyon tondan çox yük aşırılmaqla rekord nəticələr əldə olunub. Bu isə öz növbəsində beynəlxalq yük əməliyyatları üçün yeni imkanlar təqdim edir.

09.09.2026 14:38
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19