ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya ®
Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış “Qollar qazandırır!” kampaniyasının ardınca futbol mövsümü ərəfəsində ABB yeni bir kampaniyaya start verir. “ABB Play – Master Liqa” adlanan kampaniya 09 sentyabr 2026–cı ildə başlanacaq və 05 iyun 2027-ci il tarixinə qədər davam edəcək.
“ABB Play – Master Liqa” ABB mobile istifadəçiləri üçün futbol proqnozları və bank əməliyyatlarını “Gamification” mexanizmində birləşdirir.
ABB mobile istifadəçisi kampaniyaya qoşulub, futbol oyunlarının nəticələrini proqnozlaşdırır, ABB-nin məhsul və xidmətlərindən istifadə etməklə qollar toplayıb hədiyyələr qazanır. Kredit, kart, ipoteka, DigiTravel, ABB İnvest, Open Banking, DigiDeposit, ödənişlər və digər seçilmiş bank əməliyyatları istifadəçiyə əlavə qollar qazandırır. Bundan əlavə, ABB Mastercard kart sahibləri ABB Mastercard kartları ilə ödəniş etdikdə xüsusi bonusları aktivləşdirə və əlavə xal/qol qazana bilərlər.
Kampaniya 4 mərhələdən ibarətdir:
Mərhələ 1: 09.09.2026 – 29.10.2026
Mərhələ 2: 30.10.2026 – 28.12.2026
Mərhələ 3: 29.12.2026 – 01.03.2027
Final: 02.03.2027 – 05.06.2027
Kampaniyada ABB mobile tətbiqinin bütün istifadəçiləri iştirak edə bilərlər. Qollar qazanmaq üçün əvvəlcə kampaniyaya qoşulmaq tələb olunur. Bank əməliyyatlarına görə qollar məhsuldan asılı olaraq birdəfəlik, hər mərhələdə yenidən və ya əməliyyat həcminə uyğun hesablanır.
Turlar üzrə mükafatlara səyahət kuponları, “iPhone”, “MacBook Air”, “iPad Air”, “Apple Watch”, “AirPods”, keşbeklər daxildir.
Final mükafatları 10 000 qalib üçün Sea Breeze-də mənzil, avtomobil, səyahət kuponu, “Apple” cihazları, keşbeklər olaraq nəzərdə tutulub.
Kampaniya şərtləri ilə buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 46 d. sonra
-
16 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
23 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 34 d. əvvəl
-
45 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 56 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























