Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edilib - DOSYE
Aqrar sektorda yeni təyinat: “Dr. Agro”nun həmtəsisçisi, “Grand Agro Invitro”nun keçmiş rəhbəri və Ting İstehsalçıları Assosiasiyasının sədri nazir müşaviri təyin edilib.Ramil Əzməmmədov kənd təsərrüfatı nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Ramil Əzməmmədov aqrar biznes, kənd təsərrüfatında innovasiyalar, strateji idarəetmə və özəl sektorun inkişafı sahələrində uzunmüddətli peşəkar təcrübəyə malikdir.
O, Azərbaycan Dövlət Aqrar Universitetində bakalavr, Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetində (MATE) isə Aqrobiznes və Regionların İnkişafı üzrə magistr təhsili alıb.
Əmək fəaliyyəti dövründə aqrar biznes, kənd təsərrüfatı texnologiyaları və investisiya layihələrinin idarə olunması üzrə müxtəlif vəzifələrdə çalışıb. “Dr. Agro” aqrar texnologiya startapının həmtəsisçisi və baş icraçı direktoru olub, daha sonra “Grand Agro Invitro” şirkətinə rəhbərlik edib.
Ramil Əzməmmədov həmçinin Azərbaycan Ting İstehsalçıları Assosiasiyasının sədridir.
Peşəkar inkişafı çərçivəsində ABŞ, Avropa və Asiyanın müxtəlif ölkələrində kənd təsərrüfatı, aqrobiznes və innovasiyalar üzrə beynəlxalq proqramlarda iştirak edib. Niderlandın Wageningen University & Research (WUR) universitetində kənd təsərrüfatında məlumatların və rəqəmsal texnologiyaların tətbiqi istiqamətində ixtisaslaşmış təlim proqramını keçib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 49 d. sonra
-
13 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
20 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 31 d. əvvəl
-
42 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 53 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























