Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib.
Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kimi Tamerlan Əliyevdir.
Departamentin fəaliyyətinin əsas məqsədi bank və sığorta sektorunda effektiv bazar davranışına nəzarətin həyata keçirilməsi vasitəsi ilə istehlakçıların hüquqlarının qorunmasını təmin etmək, habelə ölkədə bazar davranışlarına təsir edən amilləri qiymətləndirmək, riskləri müəyyən etmək, bu risklərin maliyyə sektoruna inama təsirini ölçmək məqsədilə müxtəlif model və alətlər formalaşdırmaq, risklərin minimallaşdırılması üzrə maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsi siyasətini və nəzarət çərçivəsini formalaşdırmaqdır.
Bundan başqa, AMB-də Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi yaradılıb. Şöbəyə İlahə Baxışova Tahirli rəhbər təyin edilib. O, III "Yüksəliş" müsabiqəsinin qalibidir.
Şöbənin fəaliyyətinin əsas məqsədi ölkədə məlumatlı istehlakçı və peşəkar maliyyə mühiti formalaşdırmaqla istehlakçıların müdafiəsinə, maliyyə inklüzivliyinin genişlənməsinə və maliyyə sabitliyinin möhkəmlənməsinə töhfə verməkdir. Bu məqsədlə Şöbə əhalinin maliyyə məlumatlılığının artırılmasını və maliyyə sektoru əməkdaşlarının peşəkar bilik və ixtisas səviyyəsinin yüksəldilməsini təmin edən siyasət və təşəbbüsləri həyata keçirir
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 54 d. sonra
-
8 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
15 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 26 d. əvvəl
-
37 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 48 d. əvvəl
-
59 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir





























