Asiya İnkişaf Bankı Azərbaycanda yeni iri layihələrə hazırlaşır
Azərbaycan Asiya İnkişaf Bankı ilə yeni enerji, nəqliyyat və su layihələri hazırlayırSentyabrın 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan AİB-nin Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə AİB arasında tərəfdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, birgə həyata keçirilən layihələr, özəl sektorun inkişafına dəstək, dövlət-özəl tərəfdaşlığı, eləcə də regional əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.
Nazir Sahil Babayev uzunmüddətli və etibarlı tərəfdaş kimi Azərbaycanın AİB ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, Bank tərəfindən ölkəmizdə maliyyələşdirilən layihələr, göstərilən texniki və maliyyə dəstəyi ölkənin inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm rol oynayır. Bildirilib ki, Azərbaycanın AİB-ə üzv olduğu dövrdən etibarən Bankla əməkdaşlıq çərçivəsində 160 layihə üzrə ümumilikdə 5,6 milyard ABŞ dolları həcmində maliyyələşdirmə həyata keçirilib.
2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı iqtisadi artımın təmin edilməsində özəl sektorun rolunun gücləndirilməsinin əsas prioritetlərdən olduğu diqqətə çatdırılıb. Bu baxımdan, AİB-nin qeyri-suveren əməliyyatlarının genişləndirilməsi, özəl investisiyaların və kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsi imkanlarının artırılmasının xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Öz növbəsində, AİB Direktorlar Şurasının üzvləri Azərbaycan ilə Bank arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın əhəmiyyətini qeyd ediblər. Xüsusilə CAREC Proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığın davam etdirilməsi, nəqliyyat, enerji və ticarət sahələrində birgə təşəbbüslərin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin icrası davam edən Azərbaycan Dəmir Yolları Rəqəmsal Transformasiya Layihəsi, eləcə də enerji, nəqliyyat və su sektorlarında AİB ilə birgə hazırlanmaqda olan yeni layihələr müzakirə edilib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 45 d. sonra
-
17 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
24 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 35 d. əvvəl
-
46 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 57 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























