AZAL-a 30 illik beynəlxalq təcrübəsi olan rəhbər gətirildi
30 illik aviasiya təcrübəsi ilə AZAL-a gəldi. “TAP Air Portugal”dan AZAL-a - Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub.Azərbaycan Hava Yollarının alt qurumu olan Sərnişin Aviaşirkətinə baş icraçı direktoru vəzifəsinə Mario Çaves təyin edilib. O, aviaşirkətin növbəti inkişaf mərhələsinə rəhbərlik edəcək.
Marja.az AZAL-a istinadən xəbər verir ki, Mario Çaves aviasiya sahəsində 30 ildən artıq peşəkar təcrübəyə malikdir. O, 2023-cü ildən etibarən “TAP Air Portugal” aviaşirkətində əməliyyatlar üzrə baş direktor vəzifəsində çalışıb. Bundan əvvəl “Portugalia Airlines” şirkətində baş icraçı direktor, “Grupo SATA” şirkətində əməliyyatlar və kommersiya üzrə baş direktor, “Cabo Verde Airlines” şirkətində isə baş icraçı direktor vəzifəsini müvəqqəti icra edib, daha sonra korporativ işlər üzrə baş direktor vəzifəsində çalışıb.
O, aviasiya sahəsində karyerasına 1995-ci ildə başlayıb, 1998-ci ildə isə “TAP Air Portugal” şirkətində pilot kimi fəaliyyətə başlayıb. Daha sonra “IATA”nın baş qərargahında uçuş əməliyyatları, o cümlədən tənzimləmə və səmərəlilik istiqamətləri üzrə yüksək vəzifələrdə çalışıb və müxtəlif beynəlxalq aviaşirkətlərdə rəhbər vəzifələr tutub.
"Yeni rəhbərin aviaşirkətlərin əməliyyatları və kommersiya idarəçiliyi sahəsində, eləcə də yüksək rəhbər vəzifələrdə qazandığı geniş beynəlxalq təcrübə aviaşirkətin genişlənmə strategiyasına mühüm töhfə verəcək.
Bu təyinat Azərbaycan Hava Yollarının davamlı inkişaf, əməliyyat səmərəliliyinin artırılması və xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətinin, eləcə də qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinin davamıdır",- AZAL-dan Marja.az-a bildirilib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 49 d. sonra
-
13 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
20 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 31 d. əvvəl
-
42 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 53 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























