Azərbaycan banklarına “Moody’s”dən müsbət qiymət: Sistem riskləri azalıb
“Moody’s”: Azərbaycan bankları geosiyasi risklərə ən az məruz qalanlardandır, sektoru xarici şoklara qarşı daha dayanıqlıdır“Moody’s” Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib
“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib.
Marja xəbər verir ki, bu barədə təşkilatın Mərkəzi Asiya və Cənubi Qafqazda kredit şərtlərinə dair yeni hesabatında bildirilir.
Hesabatda vurğulanır ki, Azərbaycanda qeyri-neft sektorunun güclü artımı hökumətin müxtəlif təşəbbüsləri ilə dəstəklənir və bu dəstək bankların fəaliyyətinə müsbət təsir göstərib. “Moody’s” qeyd edir ki, tənzimləmənin gücləndirilməsi ilə birlikdə, bu amillər bank sektorunda yüksək gəlirlilik, kredit portfelinin keyfiyyətinin yaxşılaşması, eləcə də güclü kapital və likvidlik mövqeyinin formalaşmasına şərait yaratmaqla sistem risklərini azaldıb.
Agentliyin Azərbaycanla bağlı əsas qənaətlərindən biri ölkənin bank sisteminin regional geosiyasi risklərə dayanıqlılığı olmasıdır. Qeyd olunub ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklar Azərbaycan bankları olub. Bu mövqe Azərbaycanın Rusiya ilə iqtisadi və maliyyə əlaqələrinin nisbətən məhdud olması, yüksək neft qiymətlərinin iqtisadi dayanıqlılığı dəstəkləməsi və manatın məzənnəsinin sabitliyinin təmini ilə izah edilir.
Məlumata görə, Azərbaycan banklarının likvid aktivlərinin ümumi aktivlərdəki payı 35%-i keçərək regionda ən yüksək göstəricilərdən birinə çatıb. “Moody’s” yüksək neft qiymətlərini və mövcud inflyasiya mühitini Azərbaycan iqtisadiyyatı üçün dəstəkləyici amillər hesab edir. Agentlik bildirir ki, regionun digər ölkələri ilə müqayisədə Azərbaycanda inflyasiya səviyyəsi (5.6%) aşağı və idarəolunandır. Bu da əhalinin alıcılıq qabiliyyətini və bankların kredit portfelinin keyfiyyətini qorumağa imkan verir.
Agentliyin fikrincə, neft qiymətlərinin yüksəlməsi Azərbaycan kimi ixracatçı ölkələrin ixrac gəlirlərini və dövlət maliyyəsini gücləndirir.
Beləliklə, hesabatda Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi prudensial tənzimləmə və məzənnə siyasətinin effekti yüksək qiymətləndirilib.
Ümumilikdə, “Moody’s” Mərkəzi Asiya və Cənubi Qafqazda bank sektorlarında son 4 ildə kapital və likvidlik mövqeyinin gücləndirildiyini bildirir. Agentlik tənzimləmənin gücləndirilməsinin və strateji inkişaf proqramlarına dövlət dəstəyinin bank və korporativ sektorların mümkün xarici şoklara qarşı dayanıqlılığını artırdığını qeyd edir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 53 d. sonra
-
9 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
16 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 27 d. əvvəl
-
38 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 49 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir




























