Şirkətdaxili yüksəliş: Yasin Bağırov ATENA Qrupun Baş İcraçı Direktoru təyin edildi
Yasin Bağırov Məcid oğlu 14 sentyabr 2026-cı il tarixindən etibarən ATENA Qrup QSC-nin Baş İcraçı Direktoru (CEO) vəzifəsinə təyin edilib.
Yasin Bağırov 10 il ərzində ATENA Qrupda fəaliyyət göstərib. O, yeni vəzifəsinə qədər şirkətin İdxal və İxrac Əməliyyatları Departamentinin direktoru vəzifəsini tutub.
Bununla yanaşı, ATENA Qrupun əvvəlki Baş İcraçı Direktoru Emin Rəhimov yeni vəzifədə – Sahibkar müşaviri olaraq fəaliyyətini davam etdirəcək. Bu təyinat çərçivəsində Emin Rəhimov şirkətin strateji inkişaf istiqamətləri üzrə öz təcrübə və tövsiyələri ilə ATENA Qrupun fəaliyyətinə dəstək göstərəcək.
Yeni vəzifəsində Yasin Bağırov ATENA Qrupun strateji və operativ idarəetməsinə rəhbərlik edəcək. Onun rəhbərliyi ilə şirkətin istehsal potensialının və məhsuldarlığının artırılması, məhsul portfelinin inkişaf etdirilməsi, keyfiyyət və qida təhlükəsizliyi standartlarının davamlı şəkildə təkmilləşdirilməsi əsas prioritetlər sırasında olacaq.
Süd və süd məhsulları istehsal edən ATENA Qrup fəaliyyətində keyfiyyət, qida və iş təhlükəsizliyi, müştəri məmnuniyyəti və davamlı inkişaf prinsiplərinə üstünlük verir.
ATENA Qrup qarşıdakı dövrdə istehsal və idarəetmə imkanlarını daha da inkişaf etdirərək, uzunmüddətli strateji hədəflərinə doğru irəliləməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 6 d. əvvəl
-
10 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 32 d. əvvəl
-
43 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”



























