“Abşeron Logistika” 2025-ci ili 77 milyon manat gəlir və 6,2 milyon manat xalis mənfəətlə başa vurub
78 milyon manat gəlir, 6,2 milyon manat mənfəət – “Abşeron Logistika”nın nəticələri. Şirkətin gəlirləri 12,6 milyon manat (19%) artıb, aktivləri 24% böyüyüb, kapitalı 20,6 milyon manata çatıb.“Abşeron Logistika” MMC 2025-ci ili 77 milyon 762 min manat cəmi gəlir və 6 milyon 187 min manat xalis mənfəətlə başa vurub.
Marja.az Şirkətin konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə cəmi gəlirlər 65 milyon 118 min manat olmuşdu. Beləliklə, 2025-ci ildə gəlirlər 12 milyon 644 min manat və ya 19,4% artıb.
Əsas gəlir mənbəyi işlərin görülməsi və xidmətlərin göstərilməsi olub. Bu istiqamət üzrə gəlirlər 2024-cü ildəki 61 milyon 119 min manatdan 2025-ci ildə 73 milyon 498 min manata yüksəlib. Artım 20,3% təşkil edib.
Şirkətin digər gəlirləri 947,9 min manatdan 1 milyon 799 min manata, mənzil və icarə gəlirləri isə 39,4 min manatdan 48 min manata yüksəlib. Əmlakın icarəyə verilməsindən əldə edilən gəlir isə 2 milyon 844 min manatdan 2 milyon 392 min manata geriləyib.
“Abşeron Logistika”nın cəmi əməliyyat xərcləri 2025-ci ildə 70 milyon 103 min manat təşkil edib. Bir il əvvəl bu göstərici 57 milyon 566 min manat idi. Beləliklə, əməliyyat xərcləri 21,8% artaraq gəlirlərdən daha sürətli böyüyüb. Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti cəmi 1,4% artaraq 7 milyon 659 min manata yüksəlib. 2024-cü ildə bu göstərici 7 milyon 552 min manat olmuşdu.
Xalis mənfəət isə 6 milyon 106 min manatdan 6 milyon 187 min manata yüksəlib. Artım 81,5 min manat və ya 1,3% təşkil edib.
Aktivlər 46 milyon manatı keçib
2025-ci ilin sonuna “Abşeron Logistika”nın cəmi aktivləri 46 milyon 237 min manat olub. Bu, 2024-cü ilin sonundakı 37 milyon 265 min manatla müqayisədə 24,1% artım deməkdir.
Şirkətin pul vəsaitləri 19% artaraq 4 milyon 169 min manata çatıb. Ticarət və digər debitor borclar isə 4 milyon 15 min manatdan 3 milyon 837 min manata düşüb.
Əsas artım uzunmüddətli aktivlərdə qeydə alınıb. Əmlak və avadanlıqların balans dəyəri 29 milyon 365 min manatdan 37 milyon 863 min manata yüksəlib. Artım təxminən 29% təşkil edib.
Öhdəliklər 25,6 milyon manata yüksəlib
Şirkətin cəmi öhdəlikləri 2025-ci ilin sonunda 25 milyon 589 min manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 21 milyon 100 min manat idi. İllik artım 21,3%-dir.
Maraqlıdır ki, cari öhdəliklər 18,7% azalaraq 4 milyon 741 min manata düşdüyü halda, uzunmüddətli öhdəliklər 36,6% artaraq 20 milyon 848 min manata çatıb.
Şirkətin kapitalı isə 16 milyon 165 min manatdan 20 milyon 648 min manata yüksəlib. Beləliklə, kapitalda 27,7% artım qeydə alınıb. Bölüşdürülməmiş mənfəət 20 milyon 647 min manat təşkil edib.
Hesabatın göstəriciləri göstərir ki, “Abşeron Logistika” 2025-ci ildə satış və xidmət gəlirlərini əhəmiyyətli dərəcədə artırsa da, xərclərin daha sürətli yüksəlməsi mənfəətin artım tempini məhdudlaşdırıb. Şirkətin xalis mənfəət marjası 2024-cü ildə təxminən 9,4% olduğu halda, 2025-ci ildə 8%-ə yaxınlaşıb. Bu isə gəlirlərin 19,4% artmasına baxmayaraq xalis mənfəətin cəmi 1,3% yüksəlməsinin əsas səbəblərindən biridir.
“Abşeron Logistika” MMC-nin törəmə müəssisələri “Abşeron Konteyner” MMC, “MB Broker” MMC, “AG Express” MMC və “Abşeron Express” MMC-dir. Şirkət bu müəssisələrin hər birində 100% paya sahibdir. Beləliklə, “Abşeron Logistika”nın maliyyə hesabatları yalnız ana şirkətin deyil, onun tam nəzarətində olan dörd törəmə müəssisənin nəticələrini də əhatə edir.
“Abşeron Logistika” MMC ABŞERON LOGİSTİKA MƏRKƏZİ-ni idarə edir. Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq sertifikata malik, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlamışdır. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda - Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 gün sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
8 saat əvvəl
50 milyondan çox istifadəçisi olan OPay 500 milyon dollar cəlb etməyi planlaşdırır
-
10 saat əvvəl
Naxçıvan Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsinə təyinat olub
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan 1,55 milyon litr şərab ixrac edib – Əsas alıcı ölkələr açıqlandı
- 12 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 9 ayda 164,5 milyon manat ƏDV geri qaytarılıb
Azərbaycanda ərzaq bahalaşır: Ən çox qiyməti artan məhsullar açıqlanıb - Rəsmi rəqəmlər
Ən çox oxunanlar
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Sizin Lombard”dan "75/25 Payız fürsəti" ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib























