Azərbaycan qazının Almaniyaya tədarükü müzakirə edildi
Energetika naziri Pərviz Şahbazovla Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke arasında görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfərinin və Berlində imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb. Səfər zamanı əldə olunmuş razılaşmaların enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığı qeyd edilib.
Görüşdə Azərbaycan qazının Almaniyaya tədarükü, Azərbaycanın bərpa olunan enerji potensialı, elektrik şəbəkəsinin gücləndirilməsi və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə yaşıl enerjinin Avropaya ixracı perspektivləri müzakirə olunub.
Enerji təhlükəsizliyi, enerji keçidi, neft-qaz, bərpa olunan enerji və enerji səmərəliliyi də daxil olmaqla bütün əsas istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə edilib.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 48 d. sonra
-
14 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
21 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 32 d. əvvəl
-
43 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 54 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























