Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
Unibankdan biznesə yeni kredit – 5 ilədək müddət, 6 ay güzəşt. “Yaşıl kredit” üzrə faiz 12%-dən başlayırUnibank sahibkarların yaşıl və dayanıqlı layihələrinin maliyyələşdirilməsi üçün Yaşıl kredit məhsulunu təqdim edir.
Yeni məhsul bizneslərə ekoloji təsirin azaldılması ilə yanaşı, daha səmərəli və uzunmüddətli perspektivdə daha dayanıqlı biznes modelinin qurulmasına xidmət edən investisiyaları sərfəli şərtlərlə həyata keçirmək imkanı yaradır.
Yaşıl kredit 5 ilədək müddətə, illik 12%-dən başlayan faiz dərəcəsi və 6 ayadək güzəşt müddəti ilə təqdim olunur. Kredit üzrə prosedur komissiyası 0%-dir. Beləliklə, sahibkarlar yaşıl investisiyalarını daha əlverişli maliyyələşmə şərtləri ilə həyata keçirərək artıq ilkin mərhələdə maliyyə üstünlüyü əldə edə bilərlər.
Yaşıl kredit geniş spektrli layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulub və aşağıdakı istiqamətləri əhatə edir:
· bərpa olunan enerji;
· enerji səmərəliliyi;
· tullantıların idarə olunması və təkrar emal;
· elektrik, hibrid və hidrogen nəqliyyatı;
· enerji doldurma infrastrukturu;
· suya qənaət edən texnologiyalar;
· çirkab suların təmizlənməsi;
· dayanıqlı kənd təsərrüfatı;
· yaşıl binalar və enerji səmərəli tikinti;
· iqlim dəyişikliyinə uyğunlaşma;
· dairəvi iqtisadiyyat layihələri.
Bu layihələr bizneslərə yalnız ətraf mühitə təsirlərini azaltmağa deyil, eyni zamanda enerji, su, xammal və digər resurslardan daha səmərəli istifadə etməyə, əməliyyat xərclərini optimallaşdırmağa, müasir texnologiyalara keçməyə və dəyişən bazar şəraitinə qarşı daha dayanıqlı olmağa imkan yarada bilər.
Başqa sözlə, yaşıl investisiya yalnız ekoloji seçim deyil, həm də uzunmüddətli biznes investisiyasıdır. Daha aşağı maliyyələşmə xərcləri ilə başlayan bu üstünlük, zamanla resurslara qənaət, daha səmərəli əməliyyatlar, yeni texnologiyaların tətbiqi və biznesin iqlim və bazar risklərinə hazırlığının güclənməsi ilə davam edə bilər. Bütün bunlar sahibkarların rəqabət qabiliyyətini, maliyyə dayanıqlığını və uzunmüddətli gəlirlilik potensialını gücləndirə bilər.
“Unibank”ın Yaşıl krediti sahibkarlara bugünkü biznes ehtiyaclarını maliyyələşdirməklə yanaşı, gələcək üçün daha səmərəli, rəqabətqabiliyyətli və dayanıqlı biznes qurmağa dəstək verir.
Yeni məhsul “Unibank”ın dayanıqlı maliyyələşmənin genişləndirilməsi, bizneslərin yaşıl transformasiyasının dəstəklənməsi və ölkədə dayanıqlı iqtisadi fəaliyyətlərin maliyyələşdirilməsinin artırılması istiqamətində növbəti addımıdır.
Biznesinizin gələcəyinə yaşıl investisiya edin – layihənizi “Unibank”ın Yaşıl krediti ilə reallaşdırın.
Unibank – Sənin Bankın!
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 46 d. sonra
-
16 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
23 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 34 d. əvvəl
-
45 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 56 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























