970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq

Dizel traktorlara rəqib gəlir – 12 saat işləyən elektrikli traktor istehsal olunacaq. Fransa şirkət 300 kilometr yol gedən elektrikli traktor hazırlayıb: 2 saata doldurulur, 12 saatadək işləyir. 160 at gücü, 300 kilometr məsafə – Yeni elektrikli traktorun göstəriciləri açıqlandıb.
AzVak-mobil_resmin_ustu_31
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

Fransanın “Seederal” şirkəti özünün hazırladığı elektrikli traktorun sınaqlarını davam etdirir və 2028-ci ildə seriyalı istehsala keçməyi planlaşdırır.

Marja xəbər verir ki, yeni traktorun 160 at gücünə malik olacağı, bir dəfə enerji ilə doldurulduqdan sonra iş şəraitindən asılı olaraq 6–12 saat işləyə biləcəyi bildirilir. 

Avropada kənd təsərrüfatı texnikasının elektrikləşdirilməsi istiqamətində işlər sürətlənir. Elektrikli traktor istehsalçıları dizel mühərrikli texnikalara alternativ yaratmaq üçün məhdud yürüş məsafəsi və uzun enerji doldurma müddəti kimi əsas problemlərin həlli üzərində çalışırlar.

Bu istiqamətdə fəaliyyət göstərən şirkətlərdən biri Fransanın “Seederal” startapıdır.

Şirkət elektrikli traktorunun hazırlanması istiqamətində dörd il ərzində 600 saatdan çox sınaq həyata keçirib. Texnikanın son versiyasının hazırlanması zamanı 100-dən çox fermerin rəyi və təklifləri nəzərə alınıb. 

Bir dəfə enerji ilə doldurulduqda 300 kilometrədək yol gedə biləcək

“Seederal”ın hazırladığı elektrikli traktor 160 at gücünə malikdir. Texnikanın bir dəfə enerji ilə doldurulduqdan sonra görülən işin növündən və istismar şəraitindən asılı olaraq 6–12 saat işləməsi hədəflənir. Şirkətin açıqladığı məlumatlara görə, traktor tam yüklənmiş qoşqu ilə 300 kilometrədək məsafə qət edə bilər. Bununla belə, 300 kilometrlik göstərici texnikanın hərəkət məsafəsini ifadə edir və onun tarlada fasiləsiz işləmə müddəti ilə eyniləşdirilməməlidir.

Akkumulyator 2 saata doldurula biləcək

Elektrikli traktorun əsas xüsusiyyətlərindən biri sürətli enerji doldurma imkanıdır. Texnikanın akkumulyatorunun standart enerji doldurma avadanlığı ilə 8–10 saat ərzində tam doldurulması nəzərdə tutulur. Sürətli enerji doldurma sistemindən istifadə olunduqda isə bu müddət təxminən 2 saata qədər azalır. 

İlk traktorlar 2028-ci ildə fermerlərə təhvil veriləcək

“Seederal” elektrikli traktorların real kənd təsərrüfatı şəraitində sınaqlarını davam etdirir. Şirkət paralel olaraq texnikanın sertifikatlaşdırılması və seriyalı istehsala hazırlanması üzərində işləyir.

Planlara əsasən, ilk elektrikli traktorların 2028-ci ildən fermerlərə təhvil verilməsinə başlanılacaq.

Traktorun satış qiyməti hələ açıqlanmayıb 

Elektrikli kənd təsərrüfatı texnikalarının inkişafı dizel yanacağından asılılığın azaldılması, enerji xərclərinin optimallaşdırılması və kənd təsərrüfatında daha ekoloji texnologiyaların tətbiqi baxımından yeni imkanlar yarada bilər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Seederal Seederal elektrikli traktor elektrikli traktor elektrik traktorları Fransa traktor istehsalı elektrikli kənd təsərrüfatı texnikası 160 at gücündə traktor 300 km məsafə qət edən traktor 2028 elektrikli traktor elektrikli traktor qiymətləri dizel traktorlarına alternativ kənd təsərrüfatında elektrikləşmə akkumulyatorlu traktor sürətli enerji doldurma aqrar texnologiyalar kənd təsərrüfatı maşınları innovativ kənd təsərrüfatı texnikası Avropada traktor istehsalı.
09.10.2026 20:52
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19