PepsiCo və Taco Bell əməkdaşlığı 2036-cı ilə qədər uzadıb - KFC isə Coca-Cola-ya keçir
KFC-ni Coca-Cola-ya uduzan PepsiCo Taco Bell ilə 2036-cı ilədək müqavilə bağlayıbABŞ-ın qida və içki istehsalçısı PepsiCo və sürətli xidmət restoranları şəbəkəsi Taco Bell uzunmüddətli tərəfdaşlıq müqaviləsini 2036-cı ilə qədər uzadıblar.
Marja.az xəbər verir ki, PepsiCo bu barədə cümə axşamı açıqlama yayıb.
Razılaşma, Taco Bell-in daxil olduğu Yum Brands qrupunun digər restoran şəbəkəsi KFC-nin ABŞ bazarında içki təchizatçısını dəyişmək qərarından bir həftə sonra elan edilib. KFC oktyabrın 15-də ABŞ restoranlarında PepsiCo məhsullarından imtina edərək Coca-Cola ilə əməkdaşlığa keçəcəyini açıqlayıb.
Qeyd edək ki, KFC, Taco Bell və Habit Burger & Grill brendləru (şəbəkələri) Yum Brands qrupuna daxildirlər.
İri restoran şəbəkələrinin içki təchizatçılarını dəyişməsi nadir hadisə hesab olunsa da, bazarda belə hallar əvvəllər də baş verib. Coca-Cola və PepsiCo restoran şəbəkələri ilə uzunmüddətli müqavilələr bağlamaq üçün müxtəlif kommersiya üstünlükləri və təşviq mexanizmləri təklif edirlər.
KFC-nin Coca-Cola-ya keçməsi kommersiya qərarı olmaqla yanaşı, simvolik əhəmiyyət də daşıyır. Bu addım Coca-Cola-nın qazlı içkilər bazarında əsas rəqibi PepsiCo qarşısında mövqeyini gücləndirməsinin daha bir nümunəsi kimi qiymətləndirilir.
PepsiCo ilə Yum Brands arasında əməkdaşlığın tarixi bir neçə onilliyi əhatə edir. Vaxtilə Taco Bell və KFC restoran şəbəkələri PepsiCo-nun mülkiyyətində olub. Lakin 1997-ci ildə restoran biznesi ayrıca səhmdar şirkət kimi ayrılıb.
KFC-nin ABŞ üzrə prezidenti Ketrin Tan-Gillespinin oktyabrın 15-də əməkdaşlara göndərdiyi və CNBC-nin əldə etdiyi daxili məktubda qeyd olunub ki, ABŞ bazarındakı dəyişikliklərə baxmayaraq, PepsiCo Yum Brands və KFC-nin beynəlxalq bazarları üçün mühüm tərəfdaş olaraq qalır.
PepsiCo ilə əməkdaşlıq Taco Bell-in məhsul çeşidində də mühüm rol oynayır. Restoran şəbəkəsi uzun illərdir Mountain Dew Baja Blast içkisi və Doritos Locos Tacos kimi PepsiCo brendləri ilə əlaqəli eksklüziv məhsullar təklif edir.
Yenilənmiş müqaviləyə əsasən, PepsiCo məhsulları Taco Bell-in ABŞ-dan kənardakı bazarlarında, o cümlədən Kanada, Böyük Britaniya, İrlandiya və Taylanddakı restoranlarında da təqdim ediləcək.
Beləliklə, PepsiCo KFC-nin ABŞ bazarında Coca-Cola-ya keçməsindən sonra Taco Bell ilə strateji əməkdaşlığını daha 10 il müddətinə təmin edib.
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
-
3 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
- 2 gün sonra
-
18 d. əvvəl
Azərbaycanda İT işçilərinin maaşından 20 il gəlir vergisi tutulmayacaq
- 22 d. əvvəl
- 36 d. əvvəl
-
37 d. əvvəl
Dövlət şirkətlərindən gözlənilən dividendlər 17 milyon manat artırılır
- 40 d. əvvəl
-
51 d. əvvəl
Direktor həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
-
58 d. əvvəl
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
Ən çox oxunanlar
42,4 milyard manatlıq büdcə layihəsi Milli Məclisə daxil olub
Azərbaycanda içki istehsalçısının illik satış gəlirləri 7,3 milyon manat artaraq 60 milyon manatı keçib
Xərçəng peyvəndinin müsbət nəticələrinə baxmayaraq, Moderna-nın səhmləri 25%-dək ucuzlaşdı
SOCAR və İtaliyanın enerji nəhəngi üçüncü ölkələrdə birgə layihələr həyata keçirə bilər
"1 kvadratmetri başlayanda 4 min dollar idi, indi 8 min dollardır"


























