Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb
Ölkədə fəaliyyət göstərən tütün istehsalçıları və ixracatçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis olunub.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bununla bağlı bu gün Zaqatala rayonunda dövlət qurumlarının nümayəndələrinin, tütün istehsalı və ixracı ilə məşğul olan sahibkarların iştirakı ilə tədbir keçirilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkədə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində yoxlamaların dayandırılması, lisenziyalaşdırma, investisiya mühiti, gömrük, ixrac, vergi və digər sahələrdə həyata keçirilən islahatlar özəl sektorun inkişafında xüsusilə önəmlidir və bu istiqamətdə sistemli tədbirlər davam etdirilir.
Tədbirdə tütünçülüyün inkişaf etdirilməsi istiqamətində dövlət başçısının verdiyi tapşırıqlar və "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində görülən işlər diqqətə çatdırılıb. Vurğulanıb ki, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması tütün və tütün məmulatları istehsalı və ixracı ilə məşğul olan sahibkarların fəaliyyətini əlaqələndirmək, onlar arasında əməkdaşlığı genişləndirmək, bu sahənin inkişafını daha da sürətləndirmək, istehsalı və ixracı artırmaq baxımından əhəmiyyətlidir və İqtisadiyyat Nazirliyi tərəfindən assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcəkdir.
Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə rayonda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, eləcə də tütünçülüyün inkişafı sahəsində görülən işlər barədə məlumat verib, belə assosiasiyaların yaradılmasının əhəmiyyətini vurğulayıb.
ASK-nın vitse-prezidenti Vüqar Zeynalov son illər sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan dəstək tədbirləri barədə məlumat verib, yeni yaradılan assosiasiya ilə yaxından əməkdaşlıq ediləcəyini vurğulayıb.
Sonra tütün istehsalı ilə məşğul olan sahibkarlar çıxış edərək, tütünçülüyün inkişafına göstərilən diqqətə görə dövlət başçısına təşəkkür ediblər, bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində təkliflərini səsləndiriblər.
Yekunda sahibkarların təklifi əsasında Assosiasiyanın təsis olunması qərara alınıb, Assosiasiyanın idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Tütün istehsalçısı Telman Həsrətov Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.
Tədbirin sonunda iştirakçılar tərəfindən Assosiasiyanın gələcək fəaliyyətinə, tütünçülüyün inkişafına dair müzakirələr aparılıb.
©APA
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)












