Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Kristal Bakı” vergi borcu iddialarını rədd etdi – Media qurumlarına xəbərdarlıq: Məhkəməyə müraciət ediləcək

“Kristal Bakı” vergi borcu ilə bağlı yayılan məlumatları təkzib etdi – Məhkəməyə müraciət edəcək
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Kristal Bakı” vergi borcu iddialarını rədd etdi – Media qurumlarına xəbərdarlıq:  Məhkəməyə müraciət ediləcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Son günlər bəzi media resurslarında Kristalın guya külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yenidən yayımlanmaqdadır".

Bu barədə “Kristal Bakı” ASC-nin yaydığı məlumatda deyilir.

Reklam_3_11

Şirkət qəti şəkildə bəyan edib ki, “Kristal Bakı” ASC-nin dövlət büdcəsi qarşısında hər hansı vergi borcu mövcud deyil. Şirkətimiz vergi öhdəliklərini qanunvericiliyin tələblərinə uyğun olaraq vaxtında və tam şəkildə yerinə yetirir:

"Təəssüf ki, bəzi media nümayəndələri müxtəlif hüquqi şəxsləri Kristal ilə eyniləşdirərək, həmin şirkətlərə aid olduğu iddia edilən vergi borclarını əsassız şəkildə şirkətimizin adına çıxarırlar. Xüsusi olaraq vurğulayırıq ki, şirkətimizə aid olmayan hüquqi şəxslərin vergi borclarının “Kristal Bakı” ASC-yə aid edilməsi yolverilməzdir.

Qeyd edirik ki, şirkətimizə bununla bağlı daha əvvəl də media sorğusu ünvanlanmış və həmin sorğuya rəsmi qaydada ətraflı cavab verilmişdir. Buna baxmayaraq, eyni məzmunlu əsassız məlumatların təkrar yayımlanması ciddi narahatlıq doğurur.

Bildiririk ki, “Kristal Bakı” ASC-nin vergi borcunun olub-olmaması barədə məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq açıq informasiya resursları vasitəsilə yoxlamaq mümkündür. Media nümayəndələrini məlumatları dərc etməzdən əvvəl onların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa çağırırıq.

Şirkətimizin işgüzar nüfuzuna xələl gətirən, ictimaiyyətdə yanlış təsəvvür formalaşdıran və həqiqətə uyğun olmayan məlumatların yayılmasını qəbuledilməz hesab edirik. Bu cür məlumatların yayılmasına görə məsuliyyət daşıyan şəxslərə və media qurumlarına münasibətdə şirkətimiz qanunvericiliklə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə edəcək, məhkəmə qaydasında müvafiq tələblər irəli sürəcəkdir.

Kristal öz fəaliyyətində şəffaflıq, qanunvericiliyə riayət olunması və ictimaiyyətin düzgün məlumatlandırılması prinsiplərini rəhbər tutur. Şirkətimizin işgüzar nüfuzunun qorunması istiqamətində bütün qanuni hüquqlarımızdan istifadə etməkdə qətiyyətliyik".

Kristal Bakı Kristal Bakı ASC Kristal vergi borcu Kristal Bakı vergi borcu açıqlaması Kristal Bakı rəsmi bəyanat Kristal Bakı məhkəmə Kristal Bakı təkzib Dövlət Vergi Xidməti vergi borcları vergi öhdəlikləri tikinti şirkətləri daşınmaz əmlak Azərbaycan tikinti sektoru şirkətlərin vergi borcu.
26.10.2026 10:51
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19