Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb
Azərbaycanda hotellərdə gecələmələr azalır. Ölkə hotellərində gecələmələrin yarıdan çoxu Bakının payına düşür. Azərbaycanda hotellərin tutumundan istifadə səviyyəsi 23 faizə düşüb. Naftalan hotellərin tutumundan istifadə səviyyəsinə görə Bakını geridə qoyub. Bakı xarici turistlərin hotel gecələmələrinin 81 faizindən çoxunu cəmləşdiribDövlət Statistika Komitəsi2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq 3239,3 min olub. Gecələmələrin ümumi sayının 55,9 faizi Bakıda, 5,2 faizi Qusarda, 5,1 faizi Naftalanda, 4,7 faizi Xaçmazda, 3,9 faizi Qəbələdə, 3,4 faizi Qubada, 3,0 faizi Lənkəranda, 1,8 faizi Gəncədə, 1,6 faizi Şuşada, 1,5 faizi Şamaxıda, hər birində 1,2 faiz olmaqla Naxçıvan Muxtar Respublikası və Masallıda, hər birində 1,1 faiz olmaqla Şabran və Qaxda, 9,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
2026-cı ilin yanvar-sentyabr aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalaraq 1845,6 min olub ki, bu da ümumi gecələmələrin 57,0 faizini təşkil edib. Gecələmələrin ümumi sayının 12,1 faizi Türkiyə, 11,3 faizi Rusiya Federasiyası, 9,2 faizi İsrail, 6,0 faizi Səudiyyə Ərəbistanı, 5,8 faizi Hindistan, 5,4 faizi Çin, hər biri 4,2 faiz olmaqla Pakistan və Özbəkistan, 4,1 faizi Qazaxıstan, 2,5 faizi Böyük Britaniya, hər biri 2,3 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və ABŞ, 1,6 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1,0 faizi Gürcüstan, hər biri 0,7 faiz olmaqla Koreya Respublikası, İran və Ukrayna, 23,5 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,4 faizi Bakıda, 5,4 faizi Naftalanda, 5,1 faizi Qusarda, 2,8 faizi Qəbələdə, 1,3 faizi Qubada, 4,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrinin sayı 1393,7 min olub ki, bu da ümumi gecələmələrin 43,0 faizini təşkil edib.
2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,6 faiz artaraq 497,3 milyon manat olub ki, onun da 63,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,9 faizi ictimai iaşə xidmətlərindən, 2,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yerlərin sayı) istifadə səviyyəsi ölkə üzrə 23 faiz olub (2025-ci ilin yanvar-sentyabr aylarında 25 faiz). Bu göstərici Naftalanda 46,2 faiz, Neftçalada 42,8 faiz, Şabranda 40,7 faiz, Bakıda 33,2 faiz, Sabirabadda 29,6 faiz, Laçında 28,6 faiz, Qusarda 27,8 faiz, Lənkəranda 22,3 faiz, Qəbələdə 21,8 faiz, Xankəndidə 20,9 faiz, Şamaxıda 20,5 faiz, Beyləqanda 19,1 faiz, Bərdədə 18,7 faiz, Qubada 16,9 faiz, digər şəhər və rayonlarda isə 16,9 faizdən aşağı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
20 saat sonra
ABB Invest ilə “Prior Leasing” istiqrazlarından illik 15% gəlir fürsəti ®
-
4 d. əvvəl
Azərbaycandan Rusiyaya saxta sənədlə avtomobil ehtiyyat hissələri keçirilməsinin qarşısı alınıb
-
9 d. əvvəl
Deutsche Bank-da böyük qalmaqal – 15 milyon məxfi sənəd sızdırıldı, bankın səhmləri kəskin ucuzlaşdı
-
30 d. əvvəl
Dünya iqtisadiyyatı bir ayaq üstündə dayanır - 1 trilyon dollarlıq maliyyə riski - Ciddi xəbərdarlıq
-
34 d. əvvəl
180 min imza və Trampın dəstəyi də kömək etmədi – Nvidia Huanqı geri istəmir
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
-
2 saat əvvəl
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Deutsche Bank-da böyük qalmaqal – 15 milyon məxfi sənəd sızdırıldı, bankın səhmləri kəskin ucuzlaşdı
0% komissiya ilə 100 000 AZN-dək kredit ®
Ən çox oxunanlar
Bakıda yeni özəl premium məkan: MİSRİ ®
Dövlət büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edildi
Avropada təbii qaz bahalaşır – İranın hücumları və soyuq hava proqnozları qiymətlərə təzyiq göstərir
Maaşlardan tutulan gəlir vergisi artırılır
419 manatdan başlayan aylıq ödənişlə 91 tam təmirli mənzil – seçim noyabrın 24-də başlayır
























