PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib ®
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün “Dostunu dəvət et” proqramını təqdim edib.
Yeni təşəbbüs mövcud kart sahiblərinə dostlarını proqrama dəvət edərək əlavə millər qazanmaq, yeni müştərilərə isə kart əldə edərkən bonus millərdən yararlanmaq imkanı yaradır.
Proqramın şərtlərinə əsasən, mövcud kart sahibi öz TK nömrəsini “Miles&Smiles PASHA Bank” kartı əldə etmək istəyən şəxslə paylaşır. Yeni müştəri kart sifarişi zamanı həmin nömrəni müvafiq xanaya daxil edir. Kartın əldə edilməsi və aktivləşdirilməsindən sonra hər iki iştirakçı seçilən kartın növünə uyğun olaraq bonus millərlə mükafatlandırılır.
Bonus millər kart növlərinə görə aşağıdakı kimi müəyyən edilib:
- Miles&Smiles Platinum – 500 mil
- Miles&Smiles Black və Signature – 1 000 mil
- Miles&Smiles Elite və Infinite – 1 500 mil
PAŞA Bankın Türk Hava Yolları ilə əməkdaşlıq çərçivəsində təqdim etdiyi “Miles&Smiles PASHA Bank” kartları müştərilərə gündəlik nağdsız ödənişlərindən mil toplamaq və onları müxtəlif səyahət üstünlüklərinə çevirmək imkanı verir. Toplanan millərdən Türk Hava Yolları və Star Alliance şəbəkəsinə daxil olan digər aviaşirkətlərin uçuşlarında, eləcə də əlavə baqaj, oturacaq seçimi və digər xidmətlər üçün istifadə etmək mümkündür.
Bununla yanaşı, kart növündən asılı olaraq yeni müştərilərə 3 000-dək Welcome Miles təqdim olunur.
“Dostunu dəvət et” proqramı haqqında ətraflı məlumat və iştirak şərtləri ilə linkdən tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
Azərbaycanda da fəaliyyət göstərən maliyyə nəhənginin dövriyyəsi 3,45 trilyon dollara çatıb - TARİXİ REKORD
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
11 saat sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
5 d. əvvəl
Bank biznes krediti götürənləri 12 aylıq xidmət haqlarından azad edir ®
- 16 d. əvvəl
-
19 d. əvvəl
Azərbaycanın metallurgiya nəhənginin illik gəlirləri 400 milyon manatı ötüb - ŞİRKƏT BÖYÜYÜB
- 24 d. əvvəl
- 25 d. əvvəl
-
50 d. əvvəl
Banka məhkəmədən rədd cavabı – Zaminin iki avtomobilinə qadağa qoyulmadı
-
53 d. əvvəl
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib ®
-
1 saat əvvəl
Azərbaycanın dövlət borcu 2 milyard manata yaxın azalıb – Xarici borc 4,5 milyard dollara düşüb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Oktyabrın 29-da gözlənilən hava şəraiti
Azərbaycanda da fəaliyyət göstərən maliyyə nəhənginin dövriyyəsi 3,45 trilyon dollara çatıb - TARİXİ REKORD
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Ən çox oxunanlar
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib ®
Azərbaycanın dövlət borcu 2 milyard manata yaxın azalıb – Xarici borc 4,5 milyard dollara düşüb
Mərkəzi Bank: Sabah saat 10:00-da növbəti qərarı dərc olunacaq
Bu axşam qızılın qiymətinə təsir edə biləcək mühüm qərar açıqlanacaq
Tramp: Putin və Zelenski ilə tezliklə görüş keçiriləcək, böyük irəliləyiş əldə edirik
























