Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir ®
Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib.
Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinite ödəniş kartlarını 50 % endirimlə eldə edə bilərlər.
Premium seqmentə aid bu kartlar səyahət və gündəlik həyat üçün geniş imtiyazlar təqdim edir.
Mastercard Black Edition sahibləri il ərzində 10 dəfə hava limanlarının biznes-zallarından və Fast Track xidmətindən, 4 dəfə Heydər Əliyev Beynəlxalq Hava Limanına ödənişsiz transfer və Premium Travel Access xidmətlərindən istifadə edə bilərlər. Əlavə olaraq kartın təqdim etdiyi imtiyazlara restoranlarda 5 % keşbek, Duty Free mağazalarında xüsusi keşbek, səyahət sığortası, xaricdə 1 GB mobil internet və Mastercard Assistance xidmətlər daxildir.
Visa Infinite sahibləri isə il ərzində 6 dəfə hava limanlarının biznes-zallarına ödənişsiz giriş, Fast Track və Fast Line xidmətləri vasitəsilə sürətli keçid, həmçinin Azərbaycan, Türkiyə və BƏƏ hava limanlarında transfer imkanından faydalana bilərlər. Kartın digər üstünlükləri sırasına 24/7 fəaliyyət göstərən Visa Concierge xidməti, rouminq üçün internet paketi, Bakı hava limanının CIP terminalında xüsusi imkanlar və beynəlxalq səyahət sığortası daxildir.
Qeyd edək ki, endirim kartların birdəfəlik xidmət haqqına şamil olunur.
Müştərilər MC Black Edition və Visa Infinite kartlarını həm Xalq Bankın geniş filial şəbəkəsindən, həm də onlayn kanallar vasitəsilə sifariş edə bilərlər: https://cardorder.xalqbank.az/?card=9 Bakı ərazisində pulsuz çatdırılma xidməti aktivdir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
- 6 d. əvvəl
- 8 d. əvvəl
-
12 d. əvvəl
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
-
20 d. əvvəl
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
-
28 d. əvvəl
Körfəz ölkələrindən Azərbaycana gələnlərin və Azərbaycandan İrana gedənlərin sayları kəskin azalıb
-
44 d. əvvəl
“AzInTelecom” Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda təmsil olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycanlıların Gürcüstana səfərləri 19,2 faiz artıb
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
Körfəz ölkələrindən Azərbaycana gələnlərin və Azərbaycandan İrana gedənlərin sayları kəskin azalıb
Ən çox oxunanlar
"Ələt–Osmanlı üzrə tikinti işlərinin 60 faizi başa çatıb"
"2027-ci ildə daha 250 vaqon alınması planlaşdırılır"
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi ®























