"Qanunvericilikdə rəqəmsal bankçılığın inkişafına zidd məqamlar var"
"Bank of Baku", ən azı yaxın 5 ildə İnternet və mobil bankçılığın filialları tamamilə ortadan qaldıra biləcəyinə inanmır.
“Bank of Baku” ASC-nin Yeni məhsulların yaradılması komitəsinin sədri, Partnyorlarla İş və Alternativ Satışlar Departamentinin direktoru Anar Abbasovun “Marja”ya müsahibəsində bildirib ki, İnternet və mobil bankçılıq filiallar üçün hələlik təhlükə deyil:
"Cari durumda real yanaşsaq, yaxın 5 il ərzində banklarımızın tamamilə məsafəli xidmət kanallarına keçəcəyini düşünmək inandırıcı deyil. Səbəblər də müxtəlifdir. Məsələn, bugünki qanunvericilik rəqəmsal bankçılığın tam inkişafına imkan vermir və buna görə də indiki rəqəmsal bankçılıq sadəcə ənənəvi bankçılığın bir hissəsi və ya ona bir əlavə olaraq dəyərləndirilə bilər. Baxmayaraq ki, korporativ sahədə internet bankinq sürətlə inkişaf edir, pərakəndə bankçılıqda əksinə, müştəriləri internet və mobil bankinqdən istifadəyə öyrəşdirmək çox çətindir.
Anar Abbasovun sözlərinə görə, yerli bankların qarşısında duran mühüm problemlərdən biri qeyri-bank elektron ödəniş sistemlərindən istifadənin sürətlə yayılmasıdır ki, bu da internet və mobil bankçılığın daha da inkişaf etdirilməsi üçün mühüm addımların atılmasını zəruri edir.
"Bütün bunları nəzərə alaraq, hal-hazırda filiallar üçün hansısa təhlükədən danışmaq bir az tez olar",- o deyib.
O, "Azərbaycanda rəqəmsal bankçılıqdan istifadənin artması üçün dövlətin hansı addımları atmasını istərdiniz?"sualına aşağıdakı cavabı verib:
"Qeyd etdiyim kimi, banklar haqqında qanunvericiliyə nəzər salsaq, rəqəmsal bankçılığın inkişafına zidd olan müəyyən məqamları görə bilərik. Hesabların açılması, kartların emissiyası, valyuta tənzimi, nağdsız hesablaşmalar və pul köçürmələri qaydaları və normativ aktlarında mühüm dəyişikliklər olmalıdır ki, müştəri rəqəmsal bankçılıqdan rahat və təhlükəsiz şəraitdə istifadə edə bilsin, əməliyyat imkanları məhdudlaşmasın. Müştəri bank hesabı açmaq istəyir, qaydalara riayət edərək onu filiala çağırmalı oluruq, kredit almaq, adi debet kart əldə etmək, əmanət yerləşdirmək istəyir, hər dəfə filiala gəlmək məcburiyyəti ilə qarşılaşır. Bu da əlbəttə ki, onun zaman itkisinə səbəb olur. Müəyyən addımlar atılsa, müştərilən bank xidmət və məhsullarından onlayn istifadə imkanlarını genişləndirərək, bu prosesi çox asanlıqla avtomatlaşdırmaq olar. Artıq bildiyiniz kimi, bu istiqamətdə həm Mərkəzi Bank, həm Maliyyə Bazarlarına Nəzarət Palatası, həm də Azərbaycan Banklar Asosiyasiyası böyük işlər görür, inanıram ki, bu işlərin nəticəsi olaraq, rəqəmsal bankçılıq sahəsində yeni inkişaf mərhələsi başlayacaq".
Müştərilərin xəbərləri
Tikinti şirkətləri, banklar və dövlət qurumları Bakıda bir araya gələcəklər - Böyük sammit keçiriləcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 gün sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 gün sonra
ABB Invest yeni müştərilər üçün 2 həftəlik komissiyasız alış kampaniyasına başlayır ®
-
- 3 gün sonra
- 36 d. əvvəl
- 41 d. əvvəl
-
54 d. əvvəl
Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri üçün yeni tələb müəyyənləşəcək
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Oxford Economics “McDonald’s Azərbaycan”ın iqtisadiyyata təsirini araşdırıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektləri üçün yeni tələb müəyyənləşəcək
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edildi
Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Ən çox oxunanlar
Rabitəbank partnyorları ilə görüş keçirib - FOTOLAR
PalmPay apteklərdə istifadəyə verilir - İlk ünvan: PharmaStore ®
2035-ci ilədək yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin ediləcək
Azərbaycanın öz mühasibat proqramı – Bestbooks istifadəyə verilib ®
"Gələn il ilk dəfə 40-dan çox müəssisədən dövlət büdcəsinə dividend ödənişləri nəzərdə tutulub"




















